F-35 təyyarələrinin xərclərində beş il ərzində 40% azalma proqnozlaşdırılır

2021/09/asas-1631943933.jpg
Oxunub: 817     16:57     18 Sentyabr 2021    
Sentyabrın 13-də ABŞ Müdafiə Nazirliyi “Lockheed Martin” şirkəti ilə F-35 qırıcısının əməliyyatlarını dəstəkləmək üçün ilk çoxillik müqavilə imzalayıb.

6.6 milyard dollar dəyərində olan müqavilə F-35 üçün texniki xidmət, təlim, təchizat zənciri idarəçiliyi və analizləri əhatə edir.

Ordu.az xəbər verir ki, şirkətin yaydığı press-relizdə qırıcının xərclərində beş il ərzində 40% azalma gözlənildiyi bildirilir.

‌Əvvəllər “Joint Strike Fighter” olaraq bilinən F-35 Pentaqonun ən böyük silah proqramıdır. Proqram ABŞ Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin köhnəlmiş taktiki təyyarələrinin əksəriyyətini daha çox funksiyaları olan yeni təyyarələrlə əvəz etməyi hədəfləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Lockheed-Martin  


F-35 təyyarələrinin xərclərində beş il ərzində 40% azalma proqnozlaşdırılır

2021/09/asas-1631943933.jpg
Oxunub: 818     16:57     18 Sentyabr 2021    
Sentyabrın 13-də ABŞ Müdafiə Nazirliyi “Lockheed Martin” şirkəti ilə F-35 qırıcısının əməliyyatlarını dəstəkləmək üçün ilk çoxillik müqavilə imzalayıb.

6.6 milyard dollar dəyərində olan müqavilə F-35 üçün texniki xidmət, təlim, təchizat zənciri idarəçiliyi və analizləri əhatə edir.

Ordu.az xəbər verir ki, şirkətin yaydığı press-relizdə qırıcının xərclərində beş il ərzində 40% azalma gözlənildiyi bildirilir.

‌Əvvəllər “Joint Strike Fighter” olaraq bilinən F-35 Pentaqonun ən böyük silah proqramıdır. Proqram ABŞ Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin köhnəlmiş taktiki təyyarələrinin əksəriyyətini daha çox funksiyaları olan yeni təyyarələrlə əvəz etməyi hədəfləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Lockheed-Martin  


Bizi "telegram"da izləyin