Britaniya və İtaliya F-35-lər üçün yeni raket alır

2021/09/5EQW5-1631943230.jpg
Oxunub: 629     14:08     18 Sentyabr 2021    
MBDA və “BAE Systems” şirkətləri Brtaniya və İtaliya Hərbi Hava Qüvvələrinin (HHQ) F-35 döyüş təyyarələri üçün yeni raketlər tədarük edəcək.

Ordu.az xəbər verir ki, bu barədə “Defense news” nəşri yazıb.

MBDA şirkəti “Spear” dəqiq hücum raketi və təyyarəyə inteqrasiya edilmiş “Meteor” “hava-hava” raketləri tədarük edəcək. Bu raketlər Britaniya F-35-lərində istifadə edilən “Paveway IV” dəqiq idarə olunan bombasına və MBDA ASRAAM qısa mənzilli raketlərinə qoşulacaq.

Tərəflər arasında imzalanan müqavilənin dəyəri məlum deyil, 400 milyon dollar olduğu təxmin edilir. Raketlərin F-35-ə tədarükü 2024-cü ilin sonuna qədər həyata keçiriləcək.

“Meteor” artıq Britaniya və İtaliya hava qüvvələri tərəfindən istismar olunan “Tayfun” döyüş təyyarələrində istifadə olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   İtaliya   F-35  


Britaniya və İtaliya F-35-lər üçün yeni raket alır

2021/09/5EQW5-1631943230.jpg
Oxunub: 630     14:08     18 Sentyabr 2021    
MBDA və “BAE Systems” şirkətləri Brtaniya və İtaliya Hərbi Hava Qüvvələrinin (HHQ) F-35 döyüş təyyarələri üçün yeni raketlər tədarük edəcək.

Ordu.az xəbər verir ki, bu barədə “Defense news” nəşri yazıb.

MBDA şirkəti “Spear” dəqiq hücum raketi və təyyarəyə inteqrasiya edilmiş “Meteor” “hava-hava” raketləri tədarük edəcək. Bu raketlər Britaniya F-35-lərində istifadə edilən “Paveway IV” dəqiq idarə olunan bombasına və MBDA ASRAAM qısa mənzilli raketlərinə qoşulacaq.

Tərəflər arasında imzalanan müqavilənin dəyəri məlum deyil, 400 milyon dollar olduğu təxmin edilir. Raketlərin F-35-ə tədarükü 2024-cü ilin sonuna qədər həyata keçiriləcək.

“Meteor” artıq Britaniya və İtaliya hava qüvvələri tərəfindən istismar olunan “Tayfun” döyüş təyyarələrində istifadə olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   İtaliya   F-35  


Bizi "telegram"da izləyin