Hindistan “Dassault Mirage 2000” qırıcıları almaq niyyətindədir

2021/09/IAF_M-1631942636.jpg
Oxunub: 675     11:31     18 Sentyabr 2021    
Hindistan Hərbi Hava Qüvvələri (HHQ) 24 ədəd ikinci əl “Mirage 2000” qırıcısı almaq niyyətindədir.

Ordu.az xəbər verir ki, bu barədə hərbi mənbələrə istinadən “Hindustan Times” nəşri yazıb.

Nəşrin məlumatına görə, qırıcılar 1980-ci illərin ortalarında alınan Hindistan Hərbi Hava Qüvvələrində xidmətdə olan dördüncü nəsil “Mirage 2000” qırıcıları parkını gücləndirmək üçün alınır. Alınacaq təyyarələr ehtiyat hissə kimi istifadə ediləcək.

27 milyon avro dəyərində 24 ədəd “Mirage 2000” qırıcısının alğı-satqı müqaviləsi hələ imzalanmayıb, lakin 99% ehtimal ilə Hindistan Hərbi Hava Qüvvələrinin kritik hissələrə ehtiyacı olduğundan bağlanılacaq.

Mövcud məlumatlara görə, alınması planlaşdırılan 24 qırıcının 13-ü yaxşı vəziyyətdədir, mühərriki və əsas hissələr var, hətta 8-i uça bilər. Qalan 11-i Hindistan Hərbi Hava Qüvvələrinin təyyarələrinin ehtiyat hissələri kimi istifadə ediləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   HHQ  


Hindistan “Dassault Mirage 2000” qırıcıları almaq niyyətindədir

2021/09/IAF_M-1631942636.jpg
Oxunub: 676     11:31     18 Sentyabr 2021    
Hindistan Hərbi Hava Qüvvələri (HHQ) 24 ədəd ikinci əl “Mirage 2000” qırıcısı almaq niyyətindədir.

Ordu.az xəbər verir ki, bu barədə hərbi mənbələrə istinadən “Hindustan Times” nəşri yazıb.

Nəşrin məlumatına görə, qırıcılar 1980-ci illərin ortalarında alınan Hindistan Hərbi Hava Qüvvələrində xidmətdə olan dördüncü nəsil “Mirage 2000” qırıcıları parkını gücləndirmək üçün alınır. Alınacaq təyyarələr ehtiyat hissə kimi istifadə ediləcək.

27 milyon avro dəyərində 24 ədəd “Mirage 2000” qırıcısının alğı-satqı müqaviləsi hələ imzalanmayıb, lakin 99% ehtimal ilə Hindistan Hərbi Hava Qüvvələrinin kritik hissələrə ehtiyacı olduğundan bağlanılacaq.

Mövcud məlumatlara görə, alınması planlaşdırılan 24 qırıcının 13-ü yaxşı vəziyyətdədir, mühərriki və əsas hissələr var, hətta 8-i uça bilər. Qalan 11-i Hindistan Hərbi Hava Qüvvələrinin təyyarələrinin ehtiyat hissələri kimi istifadə ediləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   HHQ  


Bizi "telegram"da izləyin