Pentaqon ABŞ ordusunu Rusiya və Çindən daha yavaş modernləşdirdiyini bildirib

2021/09/AP_33-1631942422.jpg
Oxunub: 785     15:22     18 Sentyabr 2021    
ABŞ ordusunu Rusiya və Çin qədər modernləşdirmir.

Ordu.az xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələri Baş Qərargah Rəisləri Komitəsi sədrinin müavini general Con Hayten Atlantik Şurasında çıxışı zamanı deyib.

O qeyd edib ki, Rusiya və Çinin qarşısını almaq lazımdır: “Bu da öz növbəsində yeni modernləşdirilmiş bir orduya ehtiyacımız olduğunu bildirir”.

Hayten əlavə edib ki, ABŞ dünyanın ən güclü qüvvəsidir.

“Ancaq indi rəqiblərimiz var - Çin və Rusiya, onlarla məşğul olmalıyıq. Həm də hər iki ölkə sürətlə irəliləyir, Çin inanılmaz sürətlə irəliləyir”, - deyə o qeyd edib.

Hayten əvvəllər ABŞ-ın məqsədinin heç vaxt Rusiya və Çinlə müharibə etməmək olduğunu bildirmişdi, çünki bu, bütün dünya üçün dağıdıcı nəticələrə səbəb olacaqdı.

O, Soyuq müharibəni “iki böyük dövlət arasındakı ən əhəmiyyətli qarşıdurma” adlandırıb, çünki onlar nəhəng bir arsenala sahib olan “ilk iki böyük dövlət” idi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya   Çin  


Pentaqon ABŞ ordusunu Rusiya və Çindən daha yavaş modernləşdirdiyini bildirib

2021/09/AP_33-1631942422.jpg
Oxunub: 786     15:22     18 Sentyabr 2021    
ABŞ ordusunu Rusiya və Çin qədər modernləşdirmir.

Ordu.az xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələri Baş Qərargah Rəisləri Komitəsi sədrinin müavini general Con Hayten Atlantik Şurasında çıxışı zamanı deyib.

O qeyd edib ki, Rusiya və Çinin qarşısını almaq lazımdır: “Bu da öz növbəsində yeni modernləşdirilmiş bir orduya ehtiyacımız olduğunu bildirir”.

Hayten əlavə edib ki, ABŞ dünyanın ən güclü qüvvəsidir.

“Ancaq indi rəqiblərimiz var - Çin və Rusiya, onlarla məşğul olmalıyıq. Həm də hər iki ölkə sürətlə irəliləyir, Çin inanılmaz sürətlə irəliləyir”, - deyə o qeyd edib.

Hayten əvvəllər ABŞ-ın məqsədinin heç vaxt Rusiya və Çinlə müharibə etməmək olduğunu bildirmişdi, çünki bu, bütün dünya üçün dağıdıcı nəticələrə səbəb olacaqdı.

O, Soyuq müharibəni “iki böyük dövlət arasındakı ən əhəmiyyətli qarşıdurma” adlandırıb, çünki onlar nəhəng bir arsenala sahib olan “ilk iki böyük dövlət” idi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya   Çin  


Bizi "telegram"da izləyin