Türkiyə patrul katerlərinin kütləvi istehsalına başlayır

2021/09/sahil-3263884642.jpg
Oxunub: 677     12:18     18 Sentyabr 2021    
Türkiyənin “Ares” gəmiqayırma zavodu Nəzarət Kateri Layihəsi (Kontrol Botu Projesi) çərçivəsində patrul katerlərinin kütləvi istehsalına başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir məlumat verib.

Katerlər Türkiyənin Sahil Mühafizə İdarəsi və Təhlükəsizlik Ümumi İdarəsi üçün istehsal ediləcək. Layihə çərçivəsində ümumilikdə 122 katerin istehsalı nəzərdə tutulub.

Katerlər nizamsız köç, axtarış və xilasetmə, qaçaqmalçılıqla mübarizəni daha təsirli şəkildə həyata keçirməyi təmin edəcək.

Kompozit materialdan hazırlanacaq gəmilərin uzunluğu 11.90 m, eni 3.76 m olacaq. Əsas hərəkət sistemi iki dizel mühərriki və su jeti olan platformanın mənzili 160 dəniz mili, maksimum sürəti 64.82 km/saat, habelə subasımı 11.85 ton olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ares  


Türkiyə patrul katerlərinin kütləvi istehsalına başlayır

2021/09/sahil-3263884642.jpg
Oxunub: 678     12:18     18 Sentyabr 2021    
Türkiyənin “Ares” gəmiqayırma zavodu Nəzarət Kateri Layihəsi (Kontrol Botu Projesi) çərçivəsində patrul katerlərinin kütləvi istehsalına başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir məlumat verib.

Katerlər Türkiyənin Sahil Mühafizə İdarəsi və Təhlükəsizlik Ümumi İdarəsi üçün istehsal ediləcək. Layihə çərçivəsində ümumilikdə 122 katerin istehsalı nəzərdə tutulub.

Katerlər nizamsız köç, axtarış və xilasetmə, qaçaqmalçılıqla mübarizəni daha təsirli şəkildə həyata keçirməyi təmin edəcək.

Kompozit materialdan hazırlanacaq gəmilərin uzunluğu 11.90 m, eni 3.76 m olacaq. Əsas hərəkət sistemi iki dizel mühərriki və su jeti olan platformanın mənzili 160 dəniz mili, maksimum sürəti 64.82 km/saat, habelə subasımı 11.85 ton olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ares  


Bizi "telegram"da izləyin