Pentaqon rəsmisi dinc sakinlərin öldürülməsinə görə Əfqanıstandan üzr istəyib

2021/09/74277-1631938432.jpg
Oxunub: 563     10:21     18 Sentyabr 2021    
ABŞ Ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) avqustun 29-da Əfqanıstanın paytaxtı Kabil şəhərində İŞİD terror təşkilatına qarşı pilotsuz uçuş aparatı (PUA) ilə zərbələr endirilərkən yanlışlığa yol verildiyini etiraf edib.

Ordu.az xəbər verir ki, bu barədə CENTCOM komandanı general Kennet Makkenzi məlumat verib.

General əməliyyatı “faciəvi səhv” adlandıraraq bütün məsuliyyəti öz üzərinə götürüb və üzr istəyib. O bildirib ki, əməliyyatdan 48 saat öncə aldıqları kəşfiyyat məlumatı onları səhv istiqamətə yönləndirib.

Pentaqon zərbə nəticəsində ölənlərin yaxınlarına təzminat ödənişlərinin mümkünlüyünü araşdırır.

Qeyd edək ki, Kabilə PUA ilə endirilən zərbə nəticəsində 7-si uşaq olmaqla 10 mülki şəxs həlak olmuşdu.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Əfqanıstan  


Pentaqon rəsmisi dinc sakinlərin öldürülməsinə görə Əfqanıstandan üzr istəyib

2021/09/74277-1631938432.jpg
Oxunub: 564     10:21     18 Sentyabr 2021    
ABŞ Ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) avqustun 29-da Əfqanıstanın paytaxtı Kabil şəhərində İŞİD terror təşkilatına qarşı pilotsuz uçuş aparatı (PUA) ilə zərbələr endirilərkən yanlışlığa yol verildiyini etiraf edib.

Ordu.az xəbər verir ki, bu barədə CENTCOM komandanı general Kennet Makkenzi məlumat verib.

General əməliyyatı “faciəvi səhv” adlandıraraq bütün məsuliyyəti öz üzərinə götürüb və üzr istəyib. O bildirib ki, əməliyyatdan 48 saat öncə aldıqları kəşfiyyat məlumatı onları səhv istiqamətə yönləndirib.

Pentaqon zərbə nəticəsində ölənlərin yaxınlarına təzminat ödənişlərinin mümkünlüyünü araşdırır.

Qeyd edək ki, Kabilə PUA ilə endirilən zərbə nəticəsində 7-si uşaq olmaqla 10 mülki şəxs həlak olmuşdu.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Əfqanıstan  


Bizi "telegram"da izləyin