Almaniya ordusuna ilk modernləşdirilmiş “Leopard 2A7V” tankları təhvil verilib

2021/09/16317-1631858697.jpg
Oxunub: 646     17:53     17 Sentyabr 2021    
Almaniya ordusuna ilk təkmilləşdirilmiş “Leopard 2A7V” tanklarını təhvil verilib.

Ordu.az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, ilk 30 tank Almaniya ordusuna təhvil verilib.

Almaniyanın “Rheinmetall” şirkəti 104 ədəd “Leopard 2” tankının “Leopard 2A7V” konfiqurasiyasına qədər modernləşdirilməsi üçün 2017-ci ildə müqavilə imzalayıb. 68 ədəd “Leopard 2A4”, 16 ədəd “Leopard 2A6” və 20 ədəd “Leopard 2A7” tankı modernləşdiriləcək. Hamısı 2023-cü ilə qədər təhvil verilməlidir.

Digər 101 tankın (51 Leopard 2A6 və 50 Leopard 2A6M2) modernləşdirilməsi üçün ikinci müqavilə 2019-cu ildə imzalanıb. Təkmilləşdirilmiş tanklar 2026-cı ilə qədər qoşunlara təhvil verilməlidir.

Modernləşmənin bir hissəsi olaraq, tanklara yeni gövdələr və şassilər quraşdırılır, yalnız qüllə köhnə tanklardan alınır.

Leopard 2A7V təyinatında “V” hərfi “Verbessert” deməkdir, yəni modernləşdirilmişdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Leopard2A7V  


Almaniya ordusuna ilk modernləşdirilmiş “Leopard 2A7V” tankları təhvil verilib

2021/09/16317-1631858697.jpg
Oxunub: 647     17:53     17 Sentyabr 2021    
Almaniya ordusuna ilk təkmilləşdirilmiş “Leopard 2A7V” tanklarını təhvil verilib.

Ordu.az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, ilk 30 tank Almaniya ordusuna təhvil verilib.

Almaniyanın “Rheinmetall” şirkəti 104 ədəd “Leopard 2” tankının “Leopard 2A7V” konfiqurasiyasına qədər modernləşdirilməsi üçün 2017-ci ildə müqavilə imzalayıb. 68 ədəd “Leopard 2A4”, 16 ədəd “Leopard 2A6” və 20 ədəd “Leopard 2A7” tankı modernləşdiriləcək. Hamısı 2023-cü ilə qədər təhvil verilməlidir.

Digər 101 tankın (51 Leopard 2A6 və 50 Leopard 2A6M2) modernləşdirilməsi üçün ikinci müqavilə 2019-cu ildə imzalanıb. Təkmilləşdirilmiş tanklar 2026-cı ilə qədər qoşunlara təhvil verilməlidir.

Modernləşmənin bir hissəsi olaraq, tanklara yeni gövdələr və şassilər quraşdırılır, yalnız qüllə köhnə tanklardan alınır.

Leopard 2A7V təyinatında “V” hərfi “Verbessert” deməkdir, yəni modernləşdirilmişdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Leopard2A7V  


Bizi "telegram"da izləyin