Çin və Fransa ABŞ, Britaniya və Avstraliyanın "AUKUS"una etiraz edib

2021/09/76148-1631800237.jpg
Oxunub: 719     17:43     16 Sentyabr 2021    
“ABŞ, Böyük Britaniya və Avstraliya regional sülh və sabitliyə zərər verir”.

Ordu.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyi ABŞ, Böyük Britaniya və Avstraliyanın təhlükəsizlik sahəsində ortaq əməkdaşlığa dair “AUKUS” adlı yeni müqaviləyə etirazında bildirib.

Nazirliyin açıqlamasına görə, Avstraliyanın nüvə dənizaltı texnologiyaya sahib olması beynəlxalq nüvəsizləşdirmə səylərinə xələl gətirir: “Bu ölkələr anlaşmanın Hind və Sakit okean bölgəsində Çinin artatn nüfuzuna maraqlarını müdafiə etmək məqsədilə həyati əhəmiyyətə sahib olduğunu düşünür”.

Fransanın xarici işlər naziri Jan-İves le Drian anlaşmaya münasibətində bildirib: “Həqiqətən kürəyimizdən vurulduq. Avstraliya ilə təhlükəsizlik əlaqəsi qurmuşduq və bu etibara xəyanət edildi”.

Həmin sənədə əsasən, 12 sualtı qayıqların inşasına dair Avstraliyanın Fransa ilə imzaladığı müqavilənin ləğvi də nəzərdə tutulur. Sənəd 2016-cı ildə imzalanıb və 50 milyard Avstraliya dolları dəyərindədir.

Avropa İttifaqının xarici siyasət xidmətinin sözçüsü Peter Stanonun sözlərinə görə, ABŞ, Böyük Britaniya və Avstraliya “AUKUS”la bağlı onları məlumatlandırmayıblar: “Avropa İttifaqına bu layihə və ya təşəbbüs haqqında məlumat verilməyib. Hazırda əlavə məlumat almaq üçün tərəfkeşlərimizlə təmaslardayıq”.

Xatırladaq ki, İngiltərə, ABŞ və Avstraliya nüvə enerjisi ilə işləyən sualtı qayıq nou-hau da daxil olmaqla qabaqcıl müdafiə texnologiyalarını paylaşmaq üçün xüsusi bir təhlükəsizlik razılaşması hazırlayıb.

ABŞ Prezidenti Cozef Bayden, Böyük Britaniyanın Baş naziri Boris Conson və Avstraliyanın Baş naziri Skott Morrison üç ölkənin adlarının ingiliscə abreviaturası “AUKUS” olan yeni bir təhlükəsizlik ortaqlığını elan ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Çin   Fransa   ABŞ   Britaniya   Avstraliya  

Çin və Fransa ABŞ, Britaniya və Avstraliyanın "AUKUS"una etiraz edib

2021/09/76148-1631800237.jpg
Oxunub: 720     17:43     16 Sentyabr 2021    

Bizi "telegram"da izləyin