Bakının işğaldan azad olunmasının 103 illiyi ilə bağlı Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib - FOTOLAR

2021/09/91673-11422469275.jpg
Oxunub: 417     12:31     16 Sentyabr 2021    
Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində Bakının işğaldan azad olunmasının 103-cü ildönümünü ilə bağlı silsilə tədbirlər keçirilib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Keçirilən tədbirlərdə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin dövlət himnləri ifa olunub.


Hərbi qulluqçuların iştirakı ilə Şəhidlər xiyabanı və Türk şəhidliyi ziyarət olunub, abidələrin qarşısına əklil və gül dəstələri qoyulub.

Çıxış edənlər xalqlarımızın sarsılmaz birliyindən iftixarla danışıb, 103 il öncə Azərbaycan və türk əsgərlərinin Bakını işğaldan azad edərək Azərbaycan tarixinə şanlı səhifə yazdığından söhbət açıblar.
Hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçirilib.






Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-Ordusu  


Bakının işğaldan azad olunmasının 103 illiyi ilə bağlı Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib - FOTOLAR

2021/09/91673-11422469275.jpg
Oxunub: 418     12:31     16 Sentyabr 2021    
Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində Bakının işğaldan azad olunmasının 103-cü ildönümünü ilə bağlı silsilə tədbirlər keçirilib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Keçirilən tədbirlərdə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin dövlət himnləri ifa olunub.


Hərbi qulluqçuların iştirakı ilə Şəhidlər xiyabanı və Türk şəhidliyi ziyarət olunub, abidələrin qarşısına əklil və gül dəstələri qoyulub.

Çıxış edənlər xalqlarımızın sarsılmaz birliyindən iftixarla danışıb, 103 il öncə Azərbaycan və türk əsgərlərinin Bakını işğaldan azad edərək Azərbaycan tarixinə şanlı səhifə yazdığından söhbət açıblar.
Hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçirilib.






Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-Ordusu  


Bizi "telegram"da izləyin