Putin KTMT-nin sammitində şəxsən iştirak edə bilmədiyi üçün üzr istəyib

2021/09/a109c-1631776212.jpg
Oxunub: 410     10:57     16 Sentyabr 2021    
Rusiya Prezidenti Vladimir Putin ətrafında onlarla insanın yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxduğunu bildirib.

Ordu.az-ın Moskva müxbirinin xəbərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitinə videokonfrans vasitəsilə qatılan V. Putin nə üçün özünütəcrid rejiminə keçdiyi barədə danışıb.

“Bilirsiniz, təəssüflər olsun ki, son anda Düşənbəyə səfərdən imtina etmək məcburiyyətində qaldım. Buna səbəb yaxın ətrafımda koronavirusa yoluxma hallarının müəyyən edilməsidir. Bu, bir deyil, iki deyil, onlarla adamdır”, - deyə Rusiya Prezidenti vurğulayıb.

V. Putin hələ bir neçə gün özünütəcrid rejiminə riayət edəcəyini qeyd edib.

Rusiya dövlət başçısı tədbirdə şəxsən iştirak edə bilmədiyi üçün üzr istəyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   KTMT  


Putin KTMT-nin sammitində şəxsən iştirak edə bilmədiyi üçün üzr istəyib

2021/09/a109c-1631776212.jpg
Oxunub: 411     10:57     16 Sentyabr 2021    
Rusiya Prezidenti Vladimir Putin ətrafında onlarla insanın yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxduğunu bildirib.

Ordu.az-ın Moskva müxbirinin xəbərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitinə videokonfrans vasitəsilə qatılan V. Putin nə üçün özünütəcrid rejiminə keçdiyi barədə danışıb.

“Bilirsiniz, təəssüflər olsun ki, son anda Düşənbəyə səfərdən imtina etmək məcburiyyətində qaldım. Buna səbəb yaxın ətrafımda koronavirusa yoluxma hallarının müəyyən edilməsidir. Bu, bir deyil, iki deyil, onlarla adamdır”, - deyə Rusiya Prezidenti vurğulayıb.

V. Putin hələ bir neçə gün özünütəcrid rejiminə riayət edəcəyini qeyd edib.

Rusiya dövlət başçısı tədbirdə şəxsən iştirak edə bilmədiyi üçün üzr istəyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   KTMT  


Bizi "telegram"da izləyin