Avropa Komissiyasının prezidenti: “ABŞ-ın dəstəyi olmadan hərbi hərəkətə keçmək üçün siyasi iradə nümayiş etdirməliyik”

2021/09/_1205-1631773778.jpg
Oxunub: 445     14:25     16 Sentyabr 2021    
Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Avropa İttifaqının (Aİ) müdafiə, miqrasiya, sağlamlıq və digər əsas mövzularda prioritetlərini açıqlayıb.

Ordu.az xəbər verir ki, o, ittifaqın təhlükəsizlik təhdidləri və qlobal böhranlar qarşısında hərbi potensialını gücləndirməli olduğunu bildirib.

Von der Leyen Avropanın ABŞ-ın dəstəyi olmadan hərbi addım atmaq üçün siyasi iradəyə sahib olmasının lazım olduğunu qeyd edib.

“Dünyanın ən qabaqcıl qüvvələrinə sahib ola bilərsiniz. Ancaq onlardan istifadə etməyə hazır deyilsinizsə, bunlar nəyə yarayır? Bu, qabiliyyət çatışmazlığımız deyil, bizim gücümüzdür. Bizi bu günə qədər geridə qoyan siyasi iradənin olmamasıdır”, - deyə Aİ rəsmisi bildirib.

ABŞ və NATO ilə əməkdaşlığın artırılmasının vacibliyini vurğulayan Von der Leyen gələn il Fransa ilə xüsusi müdafiə zirvəsi çağıracaqlarını söyləyib.

Qeyd edək ki, Avropa Komissiyası Avropa İttifaqının icraedici orqanıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa-Komissiyası   ABŞ  


Avropa Komissiyasının prezidenti: “ABŞ-ın dəstəyi olmadan hərbi hərəkətə keçmək üçün siyasi iradə nümayiş etdirməliyik”

2021/09/_1205-1631773778.jpg
Oxunub: 446     14:25     16 Sentyabr 2021    
Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Avropa İttifaqının (Aİ) müdafiə, miqrasiya, sağlamlıq və digər əsas mövzularda prioritetlərini açıqlayıb.

Ordu.az xəbər verir ki, o, ittifaqın təhlükəsizlik təhdidləri və qlobal böhranlar qarşısında hərbi potensialını gücləndirməli olduğunu bildirib.

Von der Leyen Avropanın ABŞ-ın dəstəyi olmadan hərbi addım atmaq üçün siyasi iradəyə sahib olmasının lazım olduğunu qeyd edib.

“Dünyanın ən qabaqcıl qüvvələrinə sahib ola bilərsiniz. Ancaq onlardan istifadə etməyə hazır deyilsinizsə, bunlar nəyə yarayır? Bu, qabiliyyət çatışmazlığımız deyil, bizim gücümüzdür. Bizi bu günə qədər geridə qoyan siyasi iradənin olmamasıdır”, - deyə Aİ rəsmisi bildirib.

ABŞ və NATO ilə əməkdaşlığın artırılmasının vacibliyini vurğulayan Von der Leyen gələn il Fransa ilə xüsusi müdafiə zirvəsi çağıracaqlarını söyləyib.

Qeyd edək ki, Avropa Komissiyası Avropa İttifaqının icraedici orqanıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa-Komissiyası   ABŞ  


Bizi "telegram"da izləyin