Ukrayna ABŞ-dan “Dəmir Günbəz” alacaq?

2021/09/63472-1631773550.jpg
Oxunub: 814     14:47     16 Sentyabr 2021    
Ukrayna ABŞ-dan “Dəmir Günbəz” raket əleyhinə müdafiə (RƏM) sistemləri ala bilər.

Ordu.az xəbər verir ki, bu barədə “Politico” nəşri öz mənbələrinə istinadən yazıb.

Nəşr qeyd edir ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin Amerika Birləşmiş Ştatlarına səfəri zamanı əldə edilən razılaşmalar sayəsində Ukrayna yeni hava və raketdən müdafiə sistemləri, xüsusən “Dəmir Günbəz” sistemini ala bilər.

“Politico”nun məlumatına görə, sistemlərin Ukrayna satılması ABŞ Konqresində iki tərəfli dəstək alıb.

Qeyd olunur ki, ABŞ Nümayəndələr Palatasının qanun layihəsində artıq “Ukraynaya hava hücumundan müdafiə sistemlərinin ötürülməsi daxil deyil, 275 milyon dollar məbləğində hərbi yardım göstərilməsi təklifi var”.

İsrailin “Rafael” müdafiə şirkəti tərəfindən “Raytheon” ilə birlikdə yaradılan “Dəmir Günbəz” sistemi qısa mənzilli raketləri məhv etmək üçün ən təsirli vasitələrdən biridir. Sistem son bir neçə ildə İsrailə atılan raketlərin təxminən 90%-ni zərərsizləşdirib.

ABŞ rəsmiləri isə Ukraynaya RƏM sistemlərinin satılması barədə məlumatı təkzib edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ukrayna   ABŞ   Dəmir-Günbəz  

Ukrayna ABŞ-dan “Dəmir Günbəz” alacaq?

2021/09/63472-1631773550.jpg
Oxunub: 815     14:47     16 Sentyabr 2021    

Bizi "telegram"da izləyin