Türkiyə xarici ölkəyə radioelektron mübarizə vasitələri ixrac edib

2021/09/asels-1631773171.jpg
Oxunub: 982     13:51     16 Sentyabr 2021    
Türkiyənin ASELSAN şirkəti xarici ölkəyə radioelektron mübarizə vasitələri və radioelektron dəstək sistemləri ixrac edib.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin Baş direktoru Haluk Görgün məlumat verib.

O, sistemlərin ixracı üçün müxtəlif müqavilələr imzalandığı açıqlayıb. Görgün sistemlərin konkret olaraq hansı ölkələrə ixrac edildiyi barədə məlumat verməyib.

ASELSAN şirkəti bir çox radioelektron mübarizə vasitələri istehsal edir. Bunlardan ən vacibi döyüşdə qabiliyyəti sübut edilmiş “Koral” sistemləridir. “Koral” kompleksinin əsas təyinatı düşmənin radioelektron vasitələrinə maneələr yaradaraq onların funksiyalarını yerinə yetirməsinə maneə yaratmaqdan ibarətdir. NATO standartlarına uyğun “Koral” kompleksi hər biri 8×8 təkər formalı şassi üzərinə quraşdırılan 4 ədəd Elektron Radar Hücum Sistemindən və 1 ədəd Elektron Dəstək RLS-indən ibarətdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   ASELSAN  


Türkiyə xarici ölkəyə radioelektron mübarizə vasitələri ixrac edib

2021/09/asels-1631773171.jpg
Oxunub: 983     13:51     16 Sentyabr 2021    
Türkiyənin ASELSAN şirkəti xarici ölkəyə radioelektron mübarizə vasitələri və radioelektron dəstək sistemləri ixrac edib.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin Baş direktoru Haluk Görgün məlumat verib.

O, sistemlərin ixracı üçün müxtəlif müqavilələr imzalandığı açıqlayıb. Görgün sistemlərin konkret olaraq hansı ölkələrə ixrac edildiyi barədə məlumat verməyib.

ASELSAN şirkəti bir çox radioelektron mübarizə vasitələri istehsal edir. Bunlardan ən vacibi döyüşdə qabiliyyəti sübut edilmiş “Koral” sistemləridir. “Koral” kompleksinin əsas təyinatı düşmənin radioelektron vasitələrinə maneələr yaradaraq onların funksiyalarını yerinə yetirməsinə maneə yaratmaqdan ibarətdir. NATO standartlarına uyğun “Koral” kompleksi hər biri 8×8 təkər formalı şassi üzərinə quraşdırılan 4 ədəd Elektron Radar Hücum Sistemindən və 1 ədəd Elektron Dəstək RLS-indən ibarətdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   ASELSAN  


Bizi "telegram"da izləyin