Tayvan 5 ilə ərzində hərbi xəclərini 9 milyard dollara yaxın artırmağı planlaşdırır

2021/09/OKJRU-1631771968.jpg
Oxunub: 532     15:45     16 Sentyabr 2021    
Tayvan administrasiyası qarşıdakı 5 il ərzində hərbi xərclərini 8.69 milyard dollar artırmağı planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə administrasiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin sözlərinə görə, Tayvanın pulla almağı hədəflədiyi silahlar arasında qanadlı raketlər və döyüş gəmiləri var.

Tayvan adanın cənub və şərq sahillərində yeni, uzun mənzilli raketlər sınaqdan keçirir. Detalları açıqlanmasa da, diplomatlar və mütəxəssislər Çinə qədər olan hədəfləri vura biləcəklərini ehtimal edirlər.

Tayvan Müdafiə Nazirliyi bildirib ki, Çin milli müdafiə büdcəsinə böyük sərmayə qoymağa davam edir, hərbi gücü sürətlə artır və hava sahəsini pozmaq üçün tez-tez təyyarələr göndərir: “Düşmənin ciddi təhdidləri qarşısında, Tayvan hərbi quruculuq və hazırlıq işləri ilə fəal şəkildə məşğul olur”.

Qeyd edək ki, Tayvan administrasiyası gələn il üçün hərbi büdcənin 17 milyard dollara yaxın olmasını təklif edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tayvan   Hərbi-xərclər  


Tayvan 5 ilə ərzində hərbi xəclərini 9 milyard dollara yaxın artırmağı planlaşdırır

2021/09/OKJRU-1631771968.jpg
Oxunub: 533     15:45     16 Sentyabr 2021    
Tayvan administrasiyası qarşıdakı 5 il ərzində hərbi xərclərini 8.69 milyard dollar artırmağı planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə administrasiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin sözlərinə görə, Tayvanın pulla almağı hədəflədiyi silahlar arasında qanadlı raketlər və döyüş gəmiləri var.

Tayvan adanın cənub və şərq sahillərində yeni, uzun mənzilli raketlər sınaqdan keçirir. Detalları açıqlanmasa da, diplomatlar və mütəxəssislər Çinə qədər olan hədəfləri vura biləcəklərini ehtimal edirlər.

Tayvan Müdafiə Nazirliyi bildirib ki, Çin milli müdafiə büdcəsinə böyük sərmayə qoymağa davam edir, hərbi gücü sürətlə artır və hava sahəsini pozmaq üçün tez-tez təyyarələr göndərir: “Düşmənin ciddi təhdidləri qarşısında, Tayvan hərbi quruculuq və hazırlıq işləri ilə fəal şəkildə məşğul olur”.

Qeyd edək ki, Tayvan administrasiyası gələn il üçün hərbi büdcənin 17 milyard dollara yaxın olmasını təklif edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tayvan   Hərbi-xərclər  


Bizi "telegram"da izləyin