Ermənistan XİN başçısı və müdafiə naziri Düşənbədəki iclasa qatılmayıb

2021/09/arsak-1631711223.jpg
Oxunub: 673     17:01     15 Sentyabr 2021    
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin xarici işlər və müdafiə nazirləri, təhlükəsizlik şurası katibləri şurasının Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək iclasında iştirak etməyəcək.

Ordu.azxəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan “Aysor”a bildirib.

“O, sentyabrın 16-da Düşənbəyə səfər edəcək. KTMT-nin işində iştirak edəcək və bir sıra görüşlər keçirəcək”, - o qeyd edib.

Məlumata görə, Ararat Mirzoyanın səfərinin təxirə salınmasına səbəb kimi təyyarənin nasaz olması göstərilir.

Ermənistanın müdafiə naziri Arşak Karapetyan da nasazlıq səbəbindən məlum iclasda iştirak etmək üçün Düşənbəyə səfər etməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   XİN   MN   Düşənbə  


Ermənistan XİN başçısı və müdafiə naziri Düşənbədəki iclasa qatılmayıb

2021/09/arsak-1631711223.jpg
Oxunub: 674     17:01     15 Sentyabr 2021    
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin xarici işlər və müdafiə nazirləri, təhlükəsizlik şurası katibləri şurasının Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək iclasında iştirak etməyəcək.

Ordu.azxəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan “Aysor”a bildirib.

“O, sentyabrın 16-da Düşənbəyə səfər edəcək. KTMT-nin işində iştirak edəcək və bir sıra görüşlər keçirəcək”, - o qeyd edib.

Məlumata görə, Ararat Mirzoyanın səfərinin təxirə salınmasına səbəb kimi təyyarənin nasaz olması göstərilir.

Ermənistanın müdafiə naziri Arşak Karapetyan da nasazlıq səbəbindən məlum iclasda iştirak etmək üçün Düşənbəyə səfər etməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   XİN   MN   Düşənbə  


Bizi "telegram"da izləyin