KXDR-nin ardınca Cənubi Koreya da ballistik raketi sınaqdan keçirib

2021/09/ATR5A-1631708958.jpg
Oxunub: 624     16:38     15 Sentyabr 2021    
Cənubi Koreya bu gün sualtı qayıqdan buraxılan ballistik raketini uğurla sınaqdan keçirib.

Ordu.az xəbər verir ki, bu barədə "Reuters" agentiyi yazıb.

Ölkənin Prezidenti Mun Cae-In keçən ay istismara verilən yeni 3000 tonluq "Dosan Ahn Chang-ho" sualtı qayığından buraxılan raketin sınaq mərasimində iştirak edib.

Prezidentin mətbuat xidmətinin verdiyi məlumata görə, Cənubi Koreya ordusu yaxın gələcəkdə istifadəyə veriləcək səsdən sürətli qanadlı raket və daha böyük döyüş başlığı daşıya böyük əks-hücum qabiliyyətinə malik yeni ballistik raket də daxil olmaqla yeni raketlər hazırlayıb. Cənubi Koreya sualtı qayıqdan atılan ballistik raketə sahib nüvə silahı olmayan ilk ölkədir.

Sınaqların keçirilməsi barədə məlumat Şimali Koreyanın dənizə doğru iki ballistik raket atmasından sonra yayılıb. Cənubi Koreyanın "Yonhap" xəbər agentliyi Koreya Xalq Demokratik Respublikasının (KXDR) 2 ballistik raket buraxması barədə məlumat yayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR  


KXDR-nin ardınca Cənubi Koreya da ballistik raketi sınaqdan keçirib

2021/09/ATR5A-1631708958.jpg
Oxunub: 625     16:38     15 Sentyabr 2021    
Cənubi Koreya bu gün sualtı qayıqdan buraxılan ballistik raketini uğurla sınaqdan keçirib.

Ordu.az xəbər verir ki, bu barədə "Reuters" agentiyi yazıb.

Ölkənin Prezidenti Mun Cae-In keçən ay istismara verilən yeni 3000 tonluq "Dosan Ahn Chang-ho" sualtı qayığından buraxılan raketin sınaq mərasimində iştirak edib.

Prezidentin mətbuat xidmətinin verdiyi məlumata görə, Cənubi Koreya ordusu yaxın gələcəkdə istifadəyə veriləcək səsdən sürətli qanadlı raket və daha böyük döyüş başlığı daşıya böyük əks-hücum qabiliyyətinə malik yeni ballistik raket də daxil olmaqla yeni raketlər hazırlayıb. Cənubi Koreya sualtı qayıqdan atılan ballistik raketə sahib nüvə silahı olmayan ilk ölkədir.

Sınaqların keçirilməsi barədə məlumat Şimali Koreyanın dənizə doğru iki ballistik raket atmasından sonra yayılıb. Cənubi Koreyanın "Yonhap" xəbər agentliyi Koreya Xalq Demokratik Respublikasının (KXDR) 2 ballistik raket buraxması barədə məlumat yayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR  


Bizi "telegram"da izləyin