KTMT XİN və MN Rəhbərləri Şuralarının növbəti iclası Ermənistanda keçiriləcək

2021/09/2HU43-1631697223.jpg
Oxunub: 448     13:12     15 Sentyabr 2021    
"KTMT Xarici İşlər və Müdafiə Nazirləri Şuralarının, eləcə də Təhlükəsizlik Şurası Katibləri Komitəsinin növbəti iclası gələn ilin birinci yarısında Ermənistanda keçiriləcək".

Ordu.az xəbər verir ki, bunu KTMT-nin baş katibi Stanislav Zas deyib.

Zas bildirib ki, Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və KTMT Təhlükəsizlik Şurası Katibləri Komitəsinin növbəti iclaslarını 2022-ci ilin birinci yarısında Ermənistanda keçirməklə bağlı qərar qəbul edilib.

KTMT rəhbəri onu da bildirib ki, iclas zamanı təşkilatın Əfqanıstandakı vəziyyətlə bağlı bəyanatı qəbul edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Ermənistan  


KTMT XİN və MN Rəhbərləri Şuralarının növbəti iclası Ermənistanda keçiriləcək

2021/09/2HU43-1631697223.jpg
Oxunub: 449     13:12     15 Sentyabr 2021    
"KTMT Xarici İşlər və Müdafiə Nazirləri Şuralarının, eləcə də Təhlükəsizlik Şurası Katibləri Komitəsinin növbəti iclası gələn ilin birinci yarısında Ermənistanda keçiriləcək".

Ordu.az xəbər verir ki, bunu KTMT-nin baş katibi Stanislav Zas deyib.

Zas bildirib ki, Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və KTMT Təhlükəsizlik Şurası Katibləri Komitəsinin növbəti iclaslarını 2022-ci ilin birinci yarısında Ermənistanda keçirməklə bağlı qərar qəbul edilib.

KTMT rəhbəri onu da bildirib ki, iclas zamanı təşkilatın Əfqanıstandakı vəziyyətlə bağlı bəyanatı qəbul edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Ermənistan  


Bizi "telegram"da izləyin