ABŞ Dövlət katibi Amerika qoşunlarının Əfqanıstandan çıxarılmasını dəstəkləyib

2021/09/16316-1631695650.jpg
Oxunub: 543     12:45     15 Sentyabr 2021    
ABŞ Dövlət katibi Entoni Blinken Nümayəndələr Palatasının Xarici İşlər Komitəsində ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması, təxliyə və bütövlükdə Əfqanıstanda vəziyyət mövzusuna həsr edilmiş dinləmələrdə ifadə verib.

Ordu.az xəbər verir ki, Blinken Komitə qarşısında videokonfrans rejimində beş saatlıq çıxışında Amerika hərbi qulluqçuları iyirmi il Əfqanıstanda olandan sonra Bayden administrasiyasının ABŞ qoşunlarının bu ölkədən çıxarılması barədə qərarını dəstəklədiyini bildirib.

Blinken deyib ki, əgər ABŞ Prezidenti Co Bayden müharibənin uzadılmasını qərara alsaydı, onda ABŞ-ın öz mənafelərini qoruması və Əfqanıstanın taliblər tərəfindən işğal edilməsinin qarşısını almaq üçün ABŞ oraya daha artıq qüvvə göndərməli olar, bu isə həlak olanların sayının xeyli artması ilə nəticələnərdi.

O deyib: “ABŞ qoşunlarının Əfqanıstanda olma müddətinin artırılacağı halda əfqan qoşunlarının və ya əfqan hökumətinin daha davamlı və ya özünəyetərli olacağını göstərən heç bir sübut yoxdur. Əgər avadanlığın saxlanması və əfqanlara təlim keçilməsi üçün iyirmi il müddət və yüz milyardlarla dollar vəsait kifayət etməyibsə, buna daha bir il, beş il və ya on il sərf etməyin mənası varmı?”

ABŞ-da aparılmış ictimai rəy sorğuları göstərib ki, seçicilər Baydenin müharibəni başa çatdırmaq və qoşunları Əfqanıstandan çıxarmaq barədə qərarını dəstəkləyirlər.

Konqresdə dinləmələr iki gün davam edəcək. Çox güman ki, Blinkendən Birləşmiş Ştatların Amerika vətəndaşlarının təxliyəsini nə üçün daha əvvəl, xüsusən aprel ayında - Bayden müharibənin dayandırılması və Amerika qoşunlarının çıxarılması barədə Taliban ilə Trampın sazişini yerinə yetirmək niyyətində olduğunu elan edəndən sonra başlamamasının səbəbini soruşacaqlar. Komitədəki qanunvericilər taliblər tərəfindən hakimiyyətin qısa müddətdə ələ keçiriləcəyini və əfqan hökumətinin iflasa uğrayacağını qabaqcadan söyləyə bilməmiş Amerika xüsusi xidmətlərindən daxil olmuş yanlış kəşfiyyat məlumatları barədə də suallar verməyi planlaşdırırlar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Amerika   Əfqanıstan  

ABŞ Dövlət katibi Amerika qoşunlarının Əfqanıstandan çıxarılmasını dəstəkləyib

2021/09/16316-1631695650.jpg
Oxunub: 544     12:45     15 Sentyabr 2021    

Bizi "telegram"da izləyin