Türkiyə Azərbaycana dəstəyini heç zaman əsirgəməyəcək - Türkiyə PA

2021/09/turke-1631692184.jpg
Oxunub: 417     11:43     15 Sentyabr 2021    
Türkiyə Azərbaycana dəstəyini heç zaman əsirgəməyəcək və hər zaman qardaş Azərbaycanın yanında olmağa davam edəcək.

Ordu.az-ın məlumatına görə, bunu TurkicWorld-a Türkiyə Prezident Administrasiyasından (PA) bildiriblər.

PA-dan qeyd olunub ki, eyni zamanda Azərbaycan da Türkiyəyə ən çətin günlərində dəstək olub.

“Azərbaycan-Türkiyə münasibətləri sadəcə bu iki ölkənin rifahına deyil, eyni zamanda bütün bölgənin rifahına xidmət edir”- deyə PA-dan bildiriblər.

Qeyd olunub ki, iki qardaş dövlət arasında bütün sahələrdə əməkdaşlıq davam edir və bundan sonra da davam edəcək.

Bakının Qafqaz İslam Ordusu tərəfindən azad olunmasının 103-cü il dönümünə münasibət bildirən Türkiyə PA-sından bildirilib ki, Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsi şanlı zəfər tariximizin bir hissəsi olub və bu zəfər hər zaman yaddaşlarda qalacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Azərbaycan  


Türkiyə Azərbaycana dəstəyini heç zaman əsirgəməyəcək - Türkiyə PA

2021/09/turke-1631692184.jpg
Oxunub: 418     11:43     15 Sentyabr 2021    
Türkiyə Azərbaycana dəstəyini heç zaman əsirgəməyəcək və hər zaman qardaş Azərbaycanın yanında olmağa davam edəcək.

Ordu.az-ın məlumatına görə, bunu TurkicWorld-a Türkiyə Prezident Administrasiyasından (PA) bildiriblər.

PA-dan qeyd olunub ki, eyni zamanda Azərbaycan da Türkiyəyə ən çətin günlərində dəstək olub.

“Azərbaycan-Türkiyə münasibətləri sadəcə bu iki ölkənin rifahına deyil, eyni zamanda bütün bölgənin rifahına xidmət edir”- deyə PA-dan bildiriblər.

Qeyd olunub ki, iki qardaş dövlət arasında bütün sahələrdə əməkdaşlıq davam edir və bundan sonra da davam edəcək.

Bakının Qafqaz İslam Ordusu tərəfindən azad olunmasının 103-cü il dönümünə münasibət bildirən Türkiyə PA-sından bildirilib ki, Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsi şanlı zəfər tariximizin bir hissəsi olub və bu zəfər hər zaman yaddaşlarda qalacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Azərbaycan  


Bizi "telegram"da izləyin