Türkiyədə KMC silah sistemi 3 fərqli raket atıb

2021/09/KMC-7-3263378064.jpg
Oxunub: 748     19:11     17 Sentyabr 2021    
Türkiyənin ROKETSAN şirkəti tərəfindən istehsal edilən KMC (Kaideye Monteli CİRİT) silah sistemi üç fərqli raketlə sınaqdan keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri yazıb.

ROKETSAN 2014-cü ildə başladığı KMC silah sistemi layihəsinə uğurla davam edir. Həm quru, həm də dəniz platformalarına inteqrasiya olunan və bu günə qədər müxtəlif sınaqlardan keçirilən sistem indi daha iki raket buraxmağa qadirdir.

9-11 Mart 2021 tarixləri arasında KCM silah sistemi ilə müxtəlif sınaqlar həyata keçirilib. Konyanın Karapınar bölgəsindəki poliqonda həyata keçirilən sınaqlar zamanı silah sistemi “Cirit” raketləri ilə yanaşı, “Umtas” və “L-Umtas” raketlərini də buraxıb.

KMC silah sistemi 4 ədəd “Umtas” və “L-Umtas” və ya 8 ədəd “Cirit” raketini daşıya biləcək. Qarışıq konfiqurasiyada sistem eyni anda 2 “Umtas” raketi və 4 “Cirit raketi daşıya biləcək.

Sabitləşdirilmiş qülləsi sayəsində 40 kilometr məsafədə hərəkət edərkən atış imkanı verən KMC istifadəçiyə 8 kilometrə qədər yüksək vuruş qabiliyyəti təqdim edir. Bu sistem daşıdığı yüksək texnologiyalı elektro-optik sistemi ilə 20 kilometr məsafəyə qədər kəşfiyyat və müşahidə işləri də həyata keçirə bilər. Milli qaynaqlarla hazırlanan KMC silah sisteminin platforması Türkiyənin FNSS şirkəti tərəfindən istehsal olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyədə   KMC   ROKETSAN  

Türkiyədə KMC silah sistemi 3 fərqli raket atıb

2021/09/KMC-7-3263378064.jpg
Oxunub: 749     19:11     17 Sentyabr 2021    

Bizi "telegram"da izləyin