10 noyabr bəyanatından sonra Azərbaycan ərazisinə soxulan erməni yaraqlıların komandiri həbs olunub

2021/09/ca662-1631681582.jpg
Oxunub: 607     09:30     15 Sentyabr 2021    
Azəraycan, Rusiya və Ermənistan arasında 10 noyabr tarixli üçtərəfli bəyanatdan sonra Xocavəndin Köhnə Tağlar və Çaylaqqala kəndlərində Azərbaycan mövqelərinə qanunsuz olaraq erməni silahlılarının hücumlarının təşkil edilməsi işində adı keçən polkovnik-leytenant Arsen Kazaryan həbs edilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Ona qarşı döyüş xidməti qaydalarının pozulması, xidmətdə səhlənkarlıq, döyüş meydanını icazəsiz tərk etmə, hərbi xidmətdən icazəsiz yayınma və rüşvət alma maddələri ilə cinayət işi başlanılıb.

Hazırda işlə bağlı ibtidai istintaq aparılır.

Qeyd edək ki, qeyri-qanuni olaraq Azərbaycan ərazilərinə soxulmaqda təqsirləndirilərək həbs olunan ermənilər də məhkəmədəki ifadələrində onların komandirlərinin A.Qazaryan olduğunu və məhz onun əmri ilə həmin ərazilərə yollandıqlarını etiraf ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azəraycan   Rusiya   Ermənistan  


10 noyabr bəyanatından sonra Azərbaycan ərazisinə soxulan erməni yaraqlıların komandiri həbs olunub

2021/09/ca662-1631681582.jpg
Oxunub: 608     09:30     15 Sentyabr 2021    
Azəraycan, Rusiya və Ermənistan arasında 10 noyabr tarixli üçtərəfli bəyanatdan sonra Xocavəndin Köhnə Tağlar və Çaylaqqala kəndlərində Azərbaycan mövqelərinə qanunsuz olaraq erməni silahlılarının hücumlarının təşkil edilməsi işində adı keçən polkovnik-leytenant Arsen Kazaryan həbs edilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Ona qarşı döyüş xidməti qaydalarının pozulması, xidmətdə səhlənkarlıq, döyüş meydanını icazəsiz tərk etmə, hərbi xidmətdən icazəsiz yayınma və rüşvət alma maddələri ilə cinayət işi başlanılıb.

Hazırda işlə bağlı ibtidai istintaq aparılır.

Qeyd edək ki, qeyri-qanuni olaraq Azərbaycan ərazilərinə soxulmaqda təqsirləndirilərək həbs olunan ermənilər də məhkəmədəki ifadələrində onların komandirlərinin A.Qazaryan olduğunu və məhz onun əmri ilə həmin ərazilərə yollandıqlarını etiraf ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azəraycan   Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin