GUAM ölkələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

2021/09/Mahmu-1631626197.jpg
Oxunub: 490     17:27     14 Sentyabr 2021    
Gürcüstanın GUAM-a sədrliyi çərçivəsində təşkilatın Milli Koordinatorlar Şurasının 56-cı toplantısı keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Onlayn formatda baş tutan görüşdə Gürcüstanın xarici işlər nazirinin müavini Teymuraz Cancaliya, Azərbaycanın XİN başçısının müavini Mahmud Məmməd-Quliyev, Moldova Xarici İşlər və Avrointeqrasiya Nazirliyinin dövlət katibi Vladimir Kuk, Ukrayna XİN başçısının müavini Dmitri Senik və GUAM-ın Baş katibi Altay Əfəndiyev iştirak ediblər.

Tərəflər siyasi, sektorlar və parlamentlərarası əlaqələr də daxil olmaqla təşkilatın gündəliyində duran aktual məsələləri müzakirə ediblər. BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində planlaşdırılan tədbirlər barədə məlumat təqdim olunub və GUAM-ın XİN başçılarının görüşünün keçirilməsinin vacibliyi vurğulanıb.

T.Cancaliya toplantı iştirakçılarına Gürcüstanın işğal altında olan ərazilərindəki vəziyyətə dair ətraflı məlumat verib. Nazir müavini həmçinin GUAM-ın tərəfdaşlarla əlaqələrin gücləndirilməsinə xüsusi diqqət ayırıb və Gürcüstanın təşkilata sədrliyinin əsas prioritetlərindən biri olan digər ölkələrlə əməkdaşlığın perspektivlərindən danışıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Gürcüstan   GUAM  

GUAM ölkələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

2021/09/Mahmu-1631626197.jpg
Oxunub: 491     17:27     14 Sentyabr 2021    

Bizi "telegram"da izləyin