Tərtər rayonunda şəhid zabitin adını daşıyan xatirə bulağının açılışı olub - FOTOLAR

2021/09/24180-6526492920.jpg
Oxunub: 1685     16:36     14 Sentyabr 2021    
Tərtər rayonu Qaradağlı kəndində Azərbaycan ordusunun zabiti, şəhid Sənan Səlim oğlu Məmmədlinin doğum günü münasibətilə xatirə bulağının açılışı olub.

Ordu.az xəbər verir ki, Azərbaycan ordusunun şəhid zabiti Sənan Məmmədli 1997-ci il sentyabrın 14-də Tərtər rayonunun Qaradağlı kəndində anadan olub.


2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. Ordu sıralarında zabit kimi fəaliyyətə başlayan Sənan Məmmədlinin onsuz keçən doğum gününü ailəsi ilə birgə rayon ictimaiyyətinin nümayəndələri və onunla çiyin-çiyinə döyüşən hərbçi yoldaşları adını əbədiləşdirərək qeyd ediblər.

Ordu sıralarında qısa müddətli xidmətinə baxmayaraq, daim düşmən üzərinə yeriməklə tabeçiliyində olan əsgərləri qələbəyə ruhlandırıb.


Sənan Məmmədli Füzuli və Xocavəndin azad edilməsi uğrunda gedən döyüşlərdə şəhadətə yüksəlib. Azərbaycan ordusunun gənc zabiti oktyabrın 19-da Füzuli döyüşləri zamanı şəhid olub. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına ilə Sənan Məmmədli ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Daşqın Güneyli, Tərtər
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər:


Tərtər rayonunda şəhid zabitin adını daşıyan xatirə bulağının açılışı olub - FOTOLAR

2021/09/24180-6526492920.jpg
Oxunub: 1686     16:36     14 Sentyabr 2021    
Tərtər rayonu Qaradağlı kəndində Azərbaycan ordusunun zabiti, şəhid Sənan Səlim oğlu Məmmədlinin doğum günü münasibətilə xatirə bulağının açılışı olub.

Ordu.az xəbər verir ki, Azərbaycan ordusunun şəhid zabiti Sənan Məmmədli 1997-ci il sentyabrın 14-də Tərtər rayonunun Qaradağlı kəndində anadan olub.


2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. Ordu sıralarında zabit kimi fəaliyyətə başlayan Sənan Məmmədlinin onsuz keçən doğum gününü ailəsi ilə birgə rayon ictimaiyyətinin nümayəndələri və onunla çiyin-çiyinə döyüşən hərbçi yoldaşları adını əbədiləşdirərək qeyd ediblər.

Ordu sıralarında qısa müddətli xidmətinə baxmayaraq, daim düşmən üzərinə yeriməklə tabeçiliyində olan əsgərləri qələbəyə ruhlandırıb.


Sənan Məmmədli Füzuli və Xocavəndin azad edilməsi uğrunda gedən döyüşlərdə şəhadətə yüksəlib. Azərbaycan ordusunun gənc zabiti oktyabrın 19-da Füzuli döyüşləri zamanı şəhid olub. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına ilə Sənan Məmmədli ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Daşqın Güneyli, Tərtər
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər:


Bizi "telegram"da izləyin