Slovakiya XİN rəhbəri: "Üçtərəfli bəyanatın bəndlərini yerinə yetirmək çox vacibdir"

2021/09/korco-1631608372.jpg
Oxunub: 438     12:29     14 Sentyabr 2021    
“Eskalasiyaya səbəb olacaq istənilən hərəkətlərdən çəkinmək və 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın bütün bəndlərini yerinə yetirmək vacibdir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşdən sonra keçirilən mətbuat konfransında Slovakiyanın xarici işləri naziri İvan Korçok deyib.

O bildirib ki, Avropa İttifaqının üzvü olaraq Slovakiya ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləməkdə davam edir: “Etimad tədbirlərinin möhkəmləndirilməsinə yönəlmiş son addımları alqışlayırıq”.

Slovakiyanın XİN rəhbəri azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesinin vacibliyini qeyd edib: “Bu vacib məqamdır. Biz insanların həyatını qorumalı və bədbəxt hadisələrin baş verməsinin qarşısını almalıyıq”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Slovakiya-XİN   Ermənistan  


Slovakiya XİN rəhbəri: "Üçtərəfli bəyanatın bəndlərini yerinə yetirmək çox vacibdir"

2021/09/korco-1631608372.jpg
Oxunub: 439     12:29     14 Sentyabr 2021    
“Eskalasiyaya səbəb olacaq istənilən hərəkətlərdən çəkinmək və 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın bütün bəndlərini yerinə yetirmək vacibdir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşdən sonra keçirilən mətbuat konfransında Slovakiyanın xarici işləri naziri İvan Korçok deyib.

O bildirib ki, Avropa İttifaqının üzvü olaraq Slovakiya ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləməkdə davam edir: “Etimad tədbirlərinin möhkəmləndirilməsinə yönəlmiş son addımları alqışlayırıq”.

Slovakiyanın XİN rəhbəri azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesinin vacibliyini qeyd edib: “Bu vacib məqamdır. Biz insanların həyatını qorumalı və bədbəxt hadisələrin baş verməsinin qarşısını almalıyıq”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Slovakiya-XİN   Ermənistan  


Bizi "telegram"da izləyin