Zəngəzurda erməni hərbçilər arasında baş vermiş hadisədən yeni detallar: Bir-birlərinə atəş açıblar

2021/04/safaf-1618817936.jpg
Oxunub: 977     12:15     14 Sentyabr 2021    
Sentyabrın 13-də, saat 22:00 radələrində Zəngəzurda yerləşən Ermənistan ordusuna məxsus döyüş mövqelərindən birində baş verən hadisədən yeni detallar məlum olub.

Ordu.az xəbər verir ki, hadisə nəticəsində 1 nəfər öləndən başqa yaralı da var.

İlkin məlumatlara görə, baş vermiş hadisənin səbəbi şəxslərarası fikir ayrılıqları olub, nəticədə də bir-birlərinə atəş açıblar.

Xatırladaq ki, bu, bənzər birinci hadisə deyil və xüsusən 44 günlük müharibədən sonra Ermənistan Silahlı Qüvvələrində şəxslərarası münasibətlər nəticəsində bənzər hadisələr daha mütəmadi hal alıb. Avqustun 19-u gecəsi Zəngəzurda yerləşən Ermənistan ordusuna məxsus döyüş mövqelərindən birində 3 erməni hərbi qulluqçunun cəsədi tapılıb. Hər üç erməni hərbi qulluqçu 19 yaşlı sıravi əsgər olub. Onlar Xətay mahalında Kotayk vilayətinin Bujakan kəndindən Murad Muradyan, İrəvandan Levon Harutyunyan, Dilicandan Qor Sahakyandır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İnsident  


Zəngəzurda erməni hərbçilər arasında baş vermiş hadisədən yeni detallar: Bir-birlərinə atəş açıblar

2021/04/safaf-1618817936.jpg
Oxunub: 978     12:15     14 Sentyabr 2021    
Sentyabrın 13-də, saat 22:00 radələrində Zəngəzurda yerləşən Ermənistan ordusuna məxsus döyüş mövqelərindən birində baş verən hadisədən yeni detallar məlum olub.

Ordu.az xəbər verir ki, hadisə nəticəsində 1 nəfər öləndən başqa yaralı da var.

İlkin məlumatlara görə, baş vermiş hadisənin səbəbi şəxslərarası fikir ayrılıqları olub, nəticədə də bir-birlərinə atəş açıblar.

Xatırladaq ki, bu, bənzər birinci hadisə deyil və xüsusən 44 günlük müharibədən sonra Ermənistan Silahlı Qüvvələrində şəxslərarası münasibətlər nəticəsində bənzər hadisələr daha mütəmadi hal alıb. Avqustun 19-u gecəsi Zəngəzurda yerləşən Ermənistan ordusuna məxsus döyüş mövqelərindən birində 3 erməni hərbi qulluqçunun cəsədi tapılıb. Hər üç erməni hərbi qulluqçu 19 yaşlı sıravi əsgər olub. Onlar Xətay mahalında Kotayk vilayətinin Bujakan kəndindən Murad Muradyan, İrəvandan Levon Harutyunyan, Dilicandan Qor Sahakyandır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İnsident  


Bizi "telegram"da izləyin