“Zoğalı beret”i böyük qürur hissi ilə daşıyan şəhid Anar Məmmədov – "Düşmən xeyli sayda silah-sursatını atıb qaçmışdı"

2021/09/25033-1631606422.jpg
Oxunub: 580     16:15     14 Sentyabr 2021    
44 gün davam edən Vətən müharibəsində qəhrəmanlıq nümunələri ilə zəngin olan hər bir hərbi əməliyyatın, o cümlədən, Füzuli uğrunda gedən döyüşlərin dərindən öyrənilməsi və cəmiyyətdə geniş təbliğ olunması vətənpərvərlik ruhunun yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev 2020-ci il oktyabrın 17-də xalqa etdiyi müraciətində bu döyüşlərin tarixi əhəmiyyətini vurğulayaraq, cəsur oğullarımızın göstərdiyi qəhrəmanlıq nümunələrini yüksək qiymətləndirib: “Füzuli uğrunda döyüşlər ağır döyüşlərdi. Vaxt keçəcək, bu döyüşlər haqqında kitablar yazılacaq, əsərlər yazılacaq. Doğrudan da, çox böyük peşəkarlıq, məharət, şücaət, fədakarlıq tələb edən döyüşlərdi. Çünki bu 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdur ki, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Ancaq müzəffər Azərbaycan Ordusu bu şərəfli missiyanın öhdəsindən gələ bildi və qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edildi”.

Vətən müharibəsi zamanı Füzuli uğrunda son damla qanınadək döyüşərək şəhidlik zirvəsinə ucalmış cəsur silahdaşlarımızdan biri də kiçik gizir Məmmədov Anar Zəhəddin oğludur.

Kiçik gizir Anar Məmmədov 1992-ci il oktyabrın 25-də Saatlı rayonunun Azadkənd kəndində anadan olub. Zəhəddin Məmmədovun və Qabiliyyət Məmmədovanın böyüdüb tərbiyə etdiyi üç övladın (Səkinə, Anar və Azər) ortancılı idi...

Təhsil aldığı Vüqar Əzimov adına Saatlı rayonu Qıraqlı kənd tam orta məktəbin 9-cu sinfini bitirən Anar Sabirabad rayonundakı Sosial-İqtisad Kollecinə qəbul olunub. 2012-ci ildə kolleci “Dövlət yol polisində inzibati hüquq fəaliyyəti-yol polisi müfəttişliyi” ixtisası üzrə bitirib. Hələ uşaq yaşlarından idmana böyük marağı olduğundan, təhsil aldığı illərdə məşğul olduğu qaydasız döyüş və boks idman növləri üzrə dəfələrlə yüksək nəticələr göstərib, respublika çempionu adını qazanıb. Məhz bu baxımdan Anarın ən böyük arzularından biri də gələcəkdə bu idman növləri üzrə iştirak edəcəyi beynəlxalq yarışlarda parlaq qələbələr qazanaraq, üçrəngli bayrağımızı yüksək zirvələrdə dalğalandırmaq olub.

Müddətli həqiqi hərbi xidmətini 2012-ci ilin iyul ayından 2014-cü ilin yanvar ayınadək Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində keçib. Lakin hərbi xidmətə olan böyük marağı səbəbindən yenidən ordu sıralarına qayıtmaq qərarını verib. Beləliklə, qısa fasilədən sonra, yəni 2014-cü ilin aprel ayından Daxili Qoşunların Lənkəran rayonunda yerləşən “N” saylı hərbi hissəsinin xüsusi vasitələrin tətbiqi dəstəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi yenidən Vətənə olan şərəfli borcunu vicdanla yerinə yetirməyə başlayıb. 2014-cü ilin dekabr ayından xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda qumbaraatan köməkçisi, atıcı-qumbaraatan köməkçisi vəzifələrində xidmətini davam etdirən Anar 2019-cu ilin dekabr ayından etibarən xüsusi həmlə qrupunda yarımqrup komandiri vəzifəsini şərəflə yerinə yetirib. Yarımqrup komandiri kimi bilik və bacarığı sayəsində hər zaman böyük rəislərin etimadını doğruldub, eləcə də tabeliyində olan şəxsi heyətin hörmətini qazanmaqla, onlara nümunə olmağı bacarıb. Əsl xüsusi təyinatlıya xas olan yüksək döyüş hazırlığı və əzmkarlığı ilə qazandığı “Zoğalı beret”i də hər zaman böyük qürur hissi ilə daşıyıb.

“N” saylı hərbi hissədə “Gürzə” şərti adını daşıyan xüsusi təyinatlı dəstənin komandiri mayor Cavid Tağıyev (Vətən müharibəsi zamanı Şuşa istiqamətində gedən döyüşlərdə yaralanıb) vaxtilə birgə xidmət etdiyi kiçik gizir A.Məmmədovu vətənpərvər, hərbçi peşəsini sevən əsl döyüşçü, eyni zamanda, yoldaşlığa önəm verən sağlam əqidəli bir insan kimi hər zaman xatırlayacağını bildirdi: “Anar hər zaman tələbkar və bacarıqlı yarımqrup komandirlərindən biri olub. Əlbəyaxa döyüş fəndlərini çox yaxşı bilirdi. Vətənə məhəbbət, düşmənə nifrət ruhunda döyüş əməliyyatlarında iştirak etmək onun ən böyük arzusu və xüsusi təyinatlı amalı idi.

Son dərəcə mərd, ədalətli və mərhəmətli olması isə deyərdim ki, Anarın təfəkkür və davranışlarının əsas özəyini təşkil edirdi. Məhz bu xüsusiyyətlərinə görə də kollektivin, o cümlədən, onu yaxından tanıyan hər kəsin dərin hörmət və rəğbətini qazanmışdı”.

17 oktyabr 2020-ci il... Füzuli istiqamətində “Karyer” deyilən ərazidə gedən döyüş Anarın ilk və son döyüşü oldu. Onunla birgə bu döyüşdə iştirak etmiş “Gürzə” xüsusi təyinatlı dəstəsində yarımqrup komandiri, 3-cü dərəcəli “Rəşadət” ordeni, “Şuşanın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmiş baş çavuş Kənan Kərimov cəsur silahdaşının döyüş meydanında göstərdiyi qəhrəmanlıq nümunələri ilə hər zaman qürur duyacağını bildirdi: “Anarla birgə Vətən müharibəsi zamanı qatıldığımız ilk və son döyüş 2020-ci il oktyabrın 17-də Füzuli istiqamətində, “Karyer” deyilən ərazidə olub. Dəstəmizin qarşısına ermənilərin burada yerləşən və “Beton post” deyilən möhkəmləndirilmiş mövqelərini almaq tapşırığı qoyulmuşdu. Müxtəlif cinahlardan düşmən üzərinə hücum etmək üçün dəstəmiz əməliyyat planına uyğun olaraq ayrı-ayrı qruplara bölünmüşdü. Bizim qrup kapitan Taleh Rüstəmlinin rəhbərliyi altında sağ cinahdan düşmən mövqeyi istiqamətində hərəkətə başladı. İrəlilədiyimiz yollar olduqca təhlükəli idi. Belə ki, ərazi açıqlıq olduğundan və ermənilərin müşahidə postları yüksəklikdə yerləşdiyindən, mənfur düşmən hərəkət etdiyimiz yolları uzaq məsafədən minaatan atəşinə məruz qoyurdu. Lakin bütün bunlara baxmayaraq, tərkibində kiçik gizir A.Məmmədovun da olduğu qrupumuzun cəsur xüsusi təyinatlıları – gizirlər Aydın Rzayev, Məmməd Məsimov, baş çavuş Vüsal Xasməmmədov, çavuşlar Zamiq Ağayev, İlkin Abuyev, Elvin Abbasov, Heydər Heydərov və əsgər Fərid Seyfullayev (Şuşa istiqamətində gedən döyüşdə şəhid olub) gözlərini belə qırpmadan irəliləyərək, düşməni məhv edib postu aldılar. Qorxuya düşən və vuruşmağa cəsarəti çatmayan ermənilər xeyli sayda silah-sursatını, eləcə də artilleriya qurğularını postda atıb qaçmışdılar.

Bu uğurlu əməliyyatdan sonra aldığımız növbəti tapşırığa uyğun digər qrupumuzla birləşib yenidən hücumu davam etdirmək üçün hərəkətə başladıq. Artıq axşam düşmüşdü. Qruplar arasında xeyli məsafə vardı. Hərəkətdə olduğumuz vaxt qəfildən erməni silahlılarının pusqusuna düşdük. Şiddətli atışma başladı. Bir müddət vuruşduqdan sonra düşmən gülləsinə tuş gələn cəsur silahdaşımız kiçik gizir Anar Məmmədov qəhrəmancasına şəhid oldu. Digər silahdaşımız çavuş E.Abbasov isə ayağından güllə yarası aldı. Mən Elvini sürüyərək yaxınlıqdakı çökəklik əraziyə gətirdim, elə oradaca ona gizir A.Rzayev tərəfindən ilkin tibbi yardım göstərildi. Bu ərazidə mövqelənib, yenidən düşmənin əlinə keçməməsi üçün azad etdiyimiz postun müdafiəsində dayandıq”.

Şuşayadək döyüş yolu keçən baş çavuş K.Kərimov sonrakı döyüşlərdə şəhid olmuş və yaralanmış silahdaşlarının intiqamının ermənilərdən artıqlaması ilə alınmasının onların ən böyük təsəllisi olduğunu dedi.

Kiçik gizir A.Məmmədov 2020-ci il oktyabrın 18-də Saatlı rayonunun Qıraqlı kənd qəbiristanlığında dəfn olunub. Evli idi. Solmaz adlı bir qız övladı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli və 25 dekabr 2020-ci il tarixli müvafiq sərəncamları ilə kiçik gizir Məmmədov Anar Zəhəddin oğlu (ölümündən sonra) “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Anarın ailə üzvlərinin xatirələri əsasında Azərbaycan Dövlət Televiziyası, eləcə də “ARB” və “Azad Azərbaycan” televiziya kanalları tərəfindən şəhid hərbi qulluqçumuzun gənc nəsilə nümunə olan həyat və döyüş yolu barədə məlumatlar izləyicilərə təqdim edilib.

Onu da qeyd edim ki, Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun diqqət və qayğısı nəticəsində şəhid hərbi qulluqçumuzun qardaşı Azər daxili işlər orqanlarında xidmətə qəbul edilib. Azər Məmmədov hazırda Saatlı Rayon Polis Şöbəsində post-patrul xidməti bölüyünün polis nəfəri vəzifəsindədir.

“Bir Anar itirdim, min Anar qazandım” - deyən hörmətli şəhid atası Zəhəddin Məmmədovun qeyd etdiyi kimi, bu gün də Anartək əldə silah Vətənimizin keşiyində ayıq-sayıq dayanıb xidmət aparan və onun uğrunda canından keçməyə hər zaman hazır olan minlərlə igid silahdaşımız var. Vətən uğrunda canını qurban verən qəhrəman oğullarımızın əziz xatirəsi isə qədirbilən xalqımızın qəlbində əbədi olaraq yaşayacaqdır.

Allah rəhmət eləsin!

Mayor Anar Əhmədov, DİN-in Daxili Qoşunlarının “Əsgər” qəzetinin redaktoru

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

“Zoğalı beret”i böyük qürur hissi ilə daşıyan şəhid Anar Məmmədov – "Düşmən xeyli sayda silah-sursatını atıb qaçmışdı"

2021/09/25033-1631606422.jpg
Oxunub: 581     16:15     14 Sentyabr 2021    

Bizi "telegram"da izləyin