Ağdamda Milli Qəhrəman Şirin Mirzəyevin yaratdığı özünümüdafiə batalyonunun 30 illiyi qeyd edilib - FOTOLAR

2021/09/61404-4894814529.jpg
Oxunub: 1386     11:29     14 Sentyabr 2021    
Vətən müharibəsinin birinci ildönümünə həsr edilmiş “Zəfər Yolu” layihəsinin ilk tədbiri keçirilib.

Ordu.az-ın məlumatına görə, tədbir “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə baş tutub.
Layihə çərçivəsində ilk tədbir Ağdam rayonunun işğaldan azad edilmiş Əlməmmədli kəndində Milli Qəhrəman Şirin Mirzəyevin rəhbərliyi ilə Azərbaycanın ilk 836 saylı ərazi özünümüdafiə batalyonunun yaradılmasının 30 illiyi ilə bağlı keçirilib.


Tədbirdə batalyonun şəhid olmuş qəhrəmanlarının ailə üzvləri, Qarabağ müharibəsinin qaziləri, veteranları, hərbçilər iştirak edib. Batalyonun ilk toplaşma məntəqəsinin dağılmış divarları önündə tədbir iştirakçıları şəhidlərin əziz xatirəsini yad edib, torpaqların azad olması münasibəti ilə sevinc hisslərini bölüşüblər.
Qeyd edək ki, layihə iki ay ərzində davam edəcək və Zəfərin birinci ildönümündə yekunlaşacaq.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ağdam   Milli-Qəhrəman  


Ağdamda Milli Qəhrəman Şirin Mirzəyevin yaratdığı özünümüdafiə batalyonunun 30 illiyi qeyd edilib - FOTOLAR

2021/09/61404-4894814529.jpg
Oxunub: 1387     11:29     14 Sentyabr 2021    
Vətən müharibəsinin birinci ildönümünə həsr edilmiş “Zəfər Yolu” layihəsinin ilk tədbiri keçirilib.

Ordu.az-ın məlumatına görə, tədbir “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə baş tutub.
Layihə çərçivəsində ilk tədbir Ağdam rayonunun işğaldan azad edilmiş Əlməmmədli kəndində Milli Qəhrəman Şirin Mirzəyevin rəhbərliyi ilə Azərbaycanın ilk 836 saylı ərazi özünümüdafiə batalyonunun yaradılmasının 30 illiyi ilə bağlı keçirilib.


Tədbirdə batalyonun şəhid olmuş qəhrəmanlarının ailə üzvləri, Qarabağ müharibəsinin qaziləri, veteranları, hərbçilər iştirak edib. Batalyonun ilk toplaşma məntəqəsinin dağılmış divarları önündə tədbir iştirakçıları şəhidlərin əziz xatirəsini yad edib, torpaqların azad olması münasibəti ilə sevinc hisslərini bölüşüblər.
Qeyd edək ki, layihə iki ay ərzində davam edəcək və Zəfərin birinci ildönümündə yekunlaşacaq.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ağdam   Milli-Qəhrəman  


Bizi "telegram"da izləyin