ABŞ şirkəti Londonda keçirilən müdafiə sərgisində ən yeni yüngül taktiki avtomobili təqdim edib

2021/09/XX5WL-1631602704.jpg
Oxunub: 349     15:57     14 Sentyabr 2021    
ABŞ-ın “Polaris Industries” şirkəti bu həftə Londonda keçirilən DSEI müdafiə şousunda “MRZR Alpha” adlı ən yeni yüngül taktiki avtomobilini təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə “Defense news” nəşri yazıb.

İlk dəfə 2012-ci ildə təqdim edilən MRZR ABŞ ordusuna və dünya üzrə 50-dən çox müttəfiq ölkəyə satılıb.

“Alpha” daha böyük və dayanıqlıdır, lakin hələ də V-22 “Osprey” konvertoplanından və ya H-47 yük helikopterində daşına bilər.

Şirkətdən verilən məlumata görə, avtomobilin yüksək performanslı, 118 at gücündə turbo-dizel mühərriki və 8 pilləli avtomat transmissiyası var.

“Alpha” dörd və ya iki yerlik konfiqurasiyada gəlir.

“Polaris” şirkəti Avropadakı MRZR müştərilərinin arasında Avstriya, Böyük Britaniya, Danimarka, Norveç, Almaniya, Yunanıstan, Fransa, İrlandiya, Portuqaliya, Latviya və Slovakiya olduğunu açıqlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   London  


ABŞ şirkəti Londonda keçirilən müdafiə sərgisində ən yeni yüngül taktiki avtomobili təqdim edib

2021/09/XX5WL-1631602704.jpg
Oxunub: 350     15:57     14 Sentyabr 2021    
ABŞ-ın “Polaris Industries” şirkəti bu həftə Londonda keçirilən DSEI müdafiə şousunda “MRZR Alpha” adlı ən yeni yüngül taktiki avtomobilini təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə “Defense news” nəşri yazıb.

İlk dəfə 2012-ci ildə təqdim edilən MRZR ABŞ ordusuna və dünya üzrə 50-dən çox müttəfiq ölkəyə satılıb.

“Alpha” daha böyük və dayanıqlıdır, lakin hələ də V-22 “Osprey” konvertoplanından və ya H-47 yük helikopterində daşına bilər.

Şirkətdən verilən məlumata görə, avtomobilin yüksək performanslı, 118 at gücündə turbo-dizel mühərriki və 8 pilləli avtomat transmissiyası var.

“Alpha” dörd və ya iki yerlik konfiqurasiyada gəlir.

“Polaris” şirkəti Avropadakı MRZR müştərilərinin arasında Avstriya, Böyük Britaniya, Danimarka, Norveç, Almaniya, Yunanıstan, Fransa, İrlandiya, Portuqaliya, Latviya və Slovakiya olduğunu açıqlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   London  


Bizi "telegram"da izləyin