Britaniya G7 zirvəsində PUA-lardan qorunmaq üçün İsrail istehsalı antidron sistemindən istifadə edib

2021/09/Rafae-1631602466.jpg
Oxunub: 439     15:00     14 Sentyabr 2021    
Britaniya Kornvoll şəhərində keçirilən G7 zirvəsi zamanı dünya liderlərini potensial təhdidlərdən qorumaq üçün İsrailin “Rafael” şirkəti tərəfindən istehsal edilən “Drone Dome” antidron istemindən istifadə edib.

Ordu.az xəbər verir ki, bu barədə İsrail şirkətinin mətbuat xidməti məlumat yayıb.

Britaniya Müdafiə Nazirliyi İsraildən üç il əvvəl bir neçə “Drone Dome” sistemi satın alıb və bu ilki G7 zirvəsinin həm fiziki sahəsini, həm də iştirakçılarını qorumaq da daxil olmaqla bir çox əməliyyat ssenarisində uğurla istifadə edib.

“Drone Dome” bütün hava şəraitində düşmən PUA-larına qarşı 360 dərəcə sürətli müdafiə təmin edən və qabiliyyəti döyüşdə sübut edilmiş antidron sistemidir.

Şirkət bildirir ki, tam işlək və qlobal miqyasda yerləşdirilən “Drone Dome” radioelektron mübarizə vasitələri, sensorlar və təhlükəli hava sahəsini təsirli şəkildə qorumaq üçün bənzərsiz Süni Zəka (SZ) alqoritmlərindən ibarət modul quruluşa malikdir.

Sistemin qabaqcıl texnologiyası aşkarlama, eyniləşdirmə və zərərsizləşdirmə yolu ilə təhdidləri effektiv şəkildə aradan qaldırmağa imkan verir. “Drone Dome” təhlükə müəyyən etdikdə, hədəfə kilidlənir, onu izləyir və özünəməxsus, inteqrasiya olunmuş lazer texnologiyası ilə onu zərərsizləşdirir.

Əlavə olaraq, “Drone Dome”un SZ imkanları inkişaf etmiş lazer və sensor sistemləri ilə birlikdə təhlükənin daha dəqiq bir görüntüsünü təmin edərək sistemə xüsusi təhdid elementlərini daha dəqiq şəkildə aşkar etməyə və təyin etməyə, hədəfi daha sürətli cəlb etməyə və zərərsizləşdirməyə imkan verir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Britaniya   G7   PUA  

Britaniya G7 zirvəsində PUA-lardan qorunmaq üçün İsrail istehsalı antidron sistemindən istifadə edib

2021/09/Rafae-1631602466.jpg
Oxunub: 441     15:00     14 Sentyabr 2021    

Bizi "telegram"da izləyin