İsrail Asiya ölkəsinə sualtı müharibə qabiliyyətləri tədarük edəcək

2021/09/asss-1631602377.jpg
Oxunub: 733     15:24     14 Sentyabr 2021    
İsrailin “Elbit Systems” şirkəti Asiya-Sakit Okean regionunda yerləşən bir ölkənin Hərbi Dəniz Qüvvələrinə sualtı müharibə qabiliyyətləri tədarük edəcək.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Adı açıqlanmayan ölkəyə tədarük ediləcək sistemlərin ümumi dəyəri 56 milyon dollardır.

Müqavilələr 12 ay müddətində yerinə yetiriləcək.

Müqavilələrə əsasən, “Elbit Systems” bu ölkəyə avtonom idarəetmə paketləri, Döyüş İdarəetmə Sistemi və peyk rabitə qabiliyyəti ixrac edəcək. Bundan başqa ölkəyə sualtı qayıqların, gəmilərin və torpedaların aşkarlanması, izlənməsi və təsnifatı üçün nəzərdə tutulmuş aşağı tezlikli dəyişən dərinlikdə sonarlar göndərəcək.

Qeyd edək ki, PUA, ekranlı dəbilqə və kibertəhlükəsizlik sistemlərinin istehsalçısı olan “Elbit Systems” şirkəti İsrail, Avropa, Şimali Amerika, Cənubi Amerika və Asiya-Sakit okean bölgəsində bir çox ölkəyə müdafiə avadanlıqları satıb. Şirkətin gəlirləri bu ilin birinci rübündə 1.12 milyard dollara çatıb. Şirkətin sifariş rezervləri rübün sonunda 11.8 milyard dollar olub. Ötən ilin eyni dövründə bu rəqəm 10.8 milyard dollar idi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Asiya  


İsrail Asiya ölkəsinə sualtı müharibə qabiliyyətləri tədarük edəcək

2021/09/asss-1631602377.jpg
Oxunub: 734     15:24     14 Sentyabr 2021    
İsrailin “Elbit Systems” şirkəti Asiya-Sakit Okean regionunda yerləşən bir ölkənin Hərbi Dəniz Qüvvələrinə sualtı müharibə qabiliyyətləri tədarük edəcək.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Adı açıqlanmayan ölkəyə tədarük ediləcək sistemlərin ümumi dəyəri 56 milyon dollardır.

Müqavilələr 12 ay müddətində yerinə yetiriləcək.

Müqavilələrə əsasən, “Elbit Systems” bu ölkəyə avtonom idarəetmə paketləri, Döyüş İdarəetmə Sistemi və peyk rabitə qabiliyyəti ixrac edəcək. Bundan başqa ölkəyə sualtı qayıqların, gəmilərin və torpedaların aşkarlanması, izlənməsi və təsnifatı üçün nəzərdə tutulmuş aşağı tezlikli dəyişən dərinlikdə sonarlar göndərəcək.

Qeyd edək ki, PUA, ekranlı dəbilqə və kibertəhlükəsizlik sistemlərinin istehsalçısı olan “Elbit Systems” şirkəti İsrail, Avropa, Şimali Amerika, Cənubi Amerika və Asiya-Sakit okean bölgəsində bir çox ölkəyə müdafiə avadanlıqları satıb. Şirkətin gəlirləri bu ilin birinci rübündə 1.12 milyard dollara çatıb. Şirkətin sifariş rezervləri rübün sonunda 11.8 milyard dollar olub. Ötən ilin eyni dövründə bu rəqəm 10.8 milyard dollar idi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Asiya  


Bizi "telegram"da izləyin