Çexiya Fransadan “Sezar” özüyeriyən artilleriya qurğuları alır

2021/09/CAESA-1631602116.jpg
Oxunub: 599     16:18     14 Sentyabr 2021    
Çexiya Fransanın “Nexter Systems” şirkətindən “Sezar” özüyeriyən artilleriya qurğuları almağa qərar verib.

Ordu.az xəbər verir ki, bu barədə Çexiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Sezar” topları 1970-ci illərə aid olan köhnə haubitsaları əvəz edəcək.

52 ədəd yeni artilleriya silahı üçün imzalanan müqavilənin ümumi dəyəri 8,5 milyard krondur (395,6 milyon dollar).

Ölkənin Müdafiə naziri Lubomir Metnar “Twitter”də sentyabr ayının sonuna qədər müqavilə imzalanacağını bildirib.

Nazirlik silahların 2024-2026-cı illərdə istifadəyə hazır olacağını bildirib.

Nazirlikdən bildirilib ki, ilk dördü Fransada, qalanları Çexiyada istehsal ediləcək. Çexiyada istehsal edilən artilleriya qurğularının bəzi hissələri ölkənin CSG şirkəti tərəfindən istehsal ediləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çexiya   Fransa   Sezar  


Çexiya Fransadan “Sezar” özüyeriyən artilleriya qurğuları alır

2021/09/CAESA-1631602116.jpg
Oxunub: 600     16:18     14 Sentyabr 2021    
Çexiya Fransanın “Nexter Systems” şirkətindən “Sezar” özüyeriyən artilleriya qurğuları almağa qərar verib.

Ordu.az xəbər verir ki, bu barədə Çexiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Sezar” topları 1970-ci illərə aid olan köhnə haubitsaları əvəz edəcək.

52 ədəd yeni artilleriya silahı üçün imzalanan müqavilənin ümumi dəyəri 8,5 milyard krondur (395,6 milyon dollar).

Ölkənin Müdafiə naziri Lubomir Metnar “Twitter”də sentyabr ayının sonuna qədər müqavilə imzalanacağını bildirib.

Nazirlik silahların 2024-2026-cı illərdə istifadəyə hazır olacağını bildirib.

Nazirlikdən bildirilib ki, ilk dördü Fransada, qalanları Çexiyada istehsal ediləcək. Çexiyada istehsal edilən artilleriya qurğularının bəzi hissələri ölkənin CSG şirkəti tərəfindən istehsal ediləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çexiya   Fransa   Sezar  


Bizi "telegram"da izləyin