Kərim Vəliyev Türkiyə Xüsusi Təyinatlı Qüvvələrinin komandanı ilə görüşüb

2021/09/a2cbb-1631549021.jpg
Oxunub: 537     18:36     13 Sentyabr 2021    
Türkiyədə rəsmi səfərdə olan Azərbaycan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının ikinci rəisi ordu generalı Selçuk Bayraktaroğlu və Xüsusi Təyinatlı Qüvvələrinin komandanı diviziya generalı Ömer Ertuğrul Erbakan ilə görüşüb.

Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, görüşlərdə Azərbaycan və Türkiyə arasında əlaqələrin inkişafı, həmçinin hərbi və digər sahələrdə əməkdaşlığın uğurla davam etməsindən danışılıb.

Son zamanlar iki qardaş ölkənin birgə təlimlərinin əhəmiyyəti xüsusi vurğulanaraq bu kimi təlimlərin təcrübə mübadiləsi, dostluq və qardaşlığın daha da gücləndirilməsi baxımından müstəsna rol oynayacağı bildirilib və gələcəkdə də birgə təlimlərin keçirilməsinin vacibliyi qeyd edilib.

K.Vəliyev hazırda Bakıda keçirilən Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin “Üç Qardaş - 2021” birgə beynəlxalq təlimini hərbi qulluqçuların peşəkarlığının artırılması baxımından vacib hesab etdiyini bildirib.

Müdafiə sahəsində əməkdaşlığın genişlənməsinin sadəcə ölkələrimiz üçün deyil, eləcə də bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcəyindən əminlik ifadə edilib.

Sonra Türkiyə Respublikasının Xüsusi Təyinatlı Qüvvələr Komandanlığının ərazisi ilə tanışlıq keçirilib.

Sonda qarşılıqlı plaketlər təqdim olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Türkiyə  

Kərim Vəliyev Türkiyə Xüsusi Təyinatlı Qüvvələrinin komandanı ilə görüşüb

2021/09/a2cbb-1631549021.jpg
Oxunub: 538     18:36     13 Sentyabr 2021    

Bizi "telegram"da izləyin