Azərbaycan və Türkiyə qarşılıqlı olaraq təlimdəki xüsusi təyinatlıları ödənişsiz tibbi xidmətlərlə təmin edəcək

2021/09/ea5bf-1631536651.jpg
Oxunub: 383     16:25     13 Sentyabr 2021    
Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının təlimi ÜST tərəfindən təsdiq edilən infeksion xəstəlik hallarında təxirə salınacaq və ya ləğv ediləcək.

Ordu.az-ın məlumatına görə, bu, “Azərbaycan Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıların təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Memoranduma əsasən, göndərən ölkənin heyəti əvvəlcədən müəyyən edilmiş yerdəyişmə müddəti üçün kifayət edəcək miqdarda dərmanla və ləvazimatla yola düşəcək.

Ev sahibi ölkə təcili tibbi xidmətləri və təcili təxliyə xidmətlərini göndərən ölkənin heyətinə ödənişsiz olaraq təmin edəcək. Göndərən ölkənin heyətinin sığorta haqları müalicə xidməti xərcləri göndərən ölkə və ya göndərən ölkənin heyətinin özü tərəfindən ödəniləcək.

Ev sahibi ölkə yaralanma və ya ölüm halında göndərən ölkəni məlumatlandıracaq. Ölüm halında ev sahibi ölkə göndərən ölkənin siyasətinə riayət edilməsini təmin etmək üçün prosedurlardan və ya yarılmadan əvvəl göndərən ölkə ilə koordinasiya edəcək. Göndərən ölkənin bir təmsilçisi (mümkünsə həkim) yarılma zamanı iştirak etmə və yekun yarılma raportunun bir nüsxəsini əldə etmə səlahiyyətinə malikdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Türkiyə  


Azərbaycan və Türkiyə qarşılıqlı olaraq təlimdəki xüsusi təyinatlıları ödənişsiz tibbi xidmətlərlə təmin edəcək

2021/09/ea5bf-1631536651.jpg
Oxunub: 385     16:25     13 Sentyabr 2021    
Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının təlimi ÜST tərəfindən təsdiq edilən infeksion xəstəlik hallarında təxirə salınacaq və ya ləğv ediləcək.

Ordu.az-ın məlumatına görə, bu, “Azərbaycan Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıların təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Memoranduma əsasən, göndərən ölkənin heyəti əvvəlcədən müəyyən edilmiş yerdəyişmə müddəti üçün kifayət edəcək miqdarda dərmanla və ləvazimatla yola düşəcək.

Ev sahibi ölkə təcili tibbi xidmətləri və təcili təxliyə xidmətlərini göndərən ölkənin heyətinə ödənişsiz olaraq təmin edəcək. Göndərən ölkənin heyətinin sığorta haqları müalicə xidməti xərcləri göndərən ölkə və ya göndərən ölkənin heyətinin özü tərəfindən ödəniləcək.

Ev sahibi ölkə yaralanma və ya ölüm halında göndərən ölkəni məlumatlandıracaq. Ölüm halında ev sahibi ölkə göndərən ölkənin siyasətinə riayət edilməsini təmin etmək üçün prosedurlardan və ya yarılmadan əvvəl göndərən ölkə ilə koordinasiya edəcək. Göndərən ölkənin bir təmsilçisi (mümkünsə həkim) yarılma zamanı iştirak etmə və yekun yarılma raportunun bir nüsxəsini əldə etmə səlahiyyətinə malikdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Türkiyə  


Bizi "telegram"da izləyin