Rusiyanın Qarabağla bağlı cavabları Vaşinqton və Parisi məmnun edib? – BAXIŞ BUCAĞI

2021/06/656-1624010658.jpg
Oxunub: 706     14:25     14 Sentyabr 2021    
ATƏT-in Minsk qrupunun rusiyalı həmsədrinin regional səfəri, xüsusən də sentyabrın 6-da İrəvanda onun Ermənistanın Baş naziri, Xarici İşlər naziri, həmçinin qondarma qurumun “rəhbəri” ilə görüşləri ölü vəziyyətində olan Minsk qrupunun həmsədrliyi ətrafında danışıqları yenidən canlandırmaq cəhdləridir.

Rusiyalı həmsədrin regional səfəri zamanı o da məlum oldu ki, yaxın gələcəkdə həmsədrlərin regional səfərinin keçirilməsi gözlənilir. Ancaq tarixlər barədə hələ bir söz yoxdur. Bunlar bəlkə də həmsədr ölkələrin bir-birləri ilə razılığa gəlməsindən asıldır. Bu məsələ isə öz növbəsində bəlkə də daha geniş məsələlərin, eləcə də bu gün Mərkəzi Asiya, Orta Asiya, Əfqanıstan problemi ətrafında baş verən hadisələrin çərçivəsi ilə əlaqəlidir.

Şübhə ola bilməz ki, hər üç həmsədr üçün Qafqaz bu böyük çərçivənin bir halqasıdır. Buna görə də ehtimal var ki, bu halqa ilə bağlı qərarlar digər halqalarda problemlərə səbəb ola bilər. Bütün bunlarla birlikdə nəzərəçarpandır ki, həmsədrlik perspektivi ətrafında müxtəlif ABŞ-Fransa-Rusiya səviyyələrində diplomatik-siyasi müzakirə var. Son həftələrdə və aylarda müzakirəni sübut edən bir sıra epizodların şahidi olmuşuq.

Bu müzakirələrdə hansı gedişat və məzmun, hansı vurğular var? Sual budur. Məsələn, maraqlı bir epizodu qeyd edə bilərik. Noyabrın 10-dan sonrakı dövrdə amerikalı və fransalı diplomatlar, rəsmilər kifayət qədər tez-tez həm üçtərəfli bəyanat, həm də Türkiyə ilə bağlı Rusiyaya suallarının olduğu barədə danışırdılar. Lakin bəlkə də nəzərəçarpandır ki, son aylarda ABŞ və ya Fransa rəsmiləri və siyasi simaları bu cür bəyanatlar vermirlər.

Sözügedən müzakirələr prosesi Rusiyanın cavablarının Vaşinqton və Parisi məmnun etdiyi demək ola bilər? Eyni zamanda Rusiya öz növbəsində bəlkə də strateji problemə sahibdir. Xüsusən də Moskva yaxşı təsəvvür edir ki, Qarabağda hərbi varlığının təmin edilməsi məsələsini Türkiyə və Azərbaycanla həll edərək, orada qalmaqla bağlı beynəlxalq legitimliyi yalnız ABŞ ilə birgə fəaliyyətlə təmin edə bilər.

Rusiya üçün əsas məsələ isə sözsüz ki, məhz budur, məsələn hələ də sülhməramlıların mandatı ilə bağlı Azərbaycanın imzası yoxdur. Bu imza özlüyündə məhz digər həmsədrlərin yanında legitimlikdən asılıdır. Buna paralel olaraq, müxtəlif formatlarda qeyd etdiyimiz kimi, həmsədrlik formatı Rusiyanın həmsədr statusuna malik olaraq Türkiyəyə qarşı qisməm də olsa üstünlüyə sahib olduğu bir formatdır, buna görə də Moskva ən azından bu formatı qoruyub saxlamaq, üstəlik müəyyən dərəcədə aktiv səviyyədə qoruyub saxlamaq motivasiyasına sahibdir.

Lakin bu o demək deyil ki, bu istiqamətdə işləyən Moskva Ankara və Bakı ilə işləməyi dayandıracaq.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Qarabağ  

Rusiyanın Qarabağla bağlı cavabları Vaşinqton və Parisi məmnun edib? – BAXIŞ BUCAĞI

2021/06/656-1624010658.jpg
Oxunub: 707     14:25     14 Sentyabr 2021    

Bizi "telegram"da izləyin