Qarabağdakı cinayətkar “hərbi birləşmə”nin yeni “komandiri” kimdir? – DOSYE

2021/09/94DF7-1631518129.jpg
Oxunub: 1169     13:55     13 Sentyabr 2021    
Sentyabrın 11-də general-mayor Kamo Bahatur Vardanyan Ermənistanın Qarabağda yerləşdirdiyi qanunsuz "hərbi birləşmənin komandiri" təyin edilib.

Ordu.az xəbər verir ki, Kamo Bahatur Vardanyan 1966-cı il martın 18-də Xocavənd rayonunun Yenikənd kəndində anadan olub.

Xocavənd rayonunun Yenikənd kənd orta məktəbində oxuyub. 2006-cı ildə Rusiya Silahlı Qüvvələrinin Ümumqoşun Akademiyasını bitirib. 2019 Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib.

1992-ci il fevralın 1-dən Ermənistanın Qarabağda yerləşdiyi qanunsuz "hərbi birləşmə"də qulluq edir. 1992-2012-ci illərdə qanunsuz "hərbi birləşmə"nin müxtəlif hərbi hissələrində bir sıra komandir vəzifələrini tutub: taqım komandiri, bölük komandirinin müavini, tabor komandirinin müavini-qərargah rəisi, tabor komandiri, hərbi hissə komandirinin müavini, hərbi hissə komandiri, birlik komandirinin müavini-qərargah rəisi.

2007-2012-ci illərdə qanunsuz "hərbi birləşmə"nin dağatıcı birləşməsinin komandiri olub. 2012-ci il noyabrın 12-də qanunsuz "hərbi birləşmə"nin komandirinin birinci müavini-qərargah rəisi təyin edilib. 2011-ci il mayın 6-da ona general-mayor hərbi rütbəsi verilib.

1992-1994, 2016 və 2020-ci illərdə Azərbaycana qarşı terror-təxribat və işğal əməliyyatlarında iştirak edib.

Evlidir, iki qızı və bir oğlu var.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Qarabağ  

Qarabağdakı cinayətkar “hərbi birləşmə”nin yeni “komandiri” kimdir? – DOSYE

2021/09/94DF7-1631518129.jpg
Oxunub: 1171     13:55     13 Sentyabr 2021    

Bizi "telegram"da izləyin