ABŞ 4 tərəfdaşına “Hellfire” raketləri tədarük edəcək

2021/09/hellf-1631516274.jpg
Oxunub: 694     12:30     15 Sentyabr 2021    
ABŞ Müdafiə Nazirliyi İndoneziya, Yunanıstan, BƏƏ və Küveytə AGM-114 “Hellfire” raketləri tədarük etməsi üçün “Lockheed Martin” şirkəti ilə müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

Müqavilənin ümumi dəyəri 101 milyon dollardır. Müqavilədə nəzərdə tutulan işlərin 30 sentyabr 2024-cü ilə qədər tamamlanması nəzərdə tutulub.

AGM-114 “Hellfire” raketi ABŞ ordusunun istifadə etdiyi ən məşhur “hava-yer” raketlərindən biridir. Raketin çəkisi təxminən 49 kiloqramdır və raketi işarələnmiş hədəfə yönəldən yarımaktiv lazerlə təchiz edilib. “Lockheed” şirkəti tərəfindən hazırlanıb və hazırda 12 variantı var.

Dəqiq zərbə qabiliyyətinə malik raket “Predator” və “Reaper” PUA-ları da daxil olmaqla bir çox hava, dəniz və yerüstü platformalardan buraxıla bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Hellfire  


ABŞ 4 tərəfdaşına “Hellfire” raketləri tədarük edəcək

2021/09/hellf-1631516274.jpg
Oxunub: 695     12:30     15 Sentyabr 2021    
ABŞ Müdafiə Nazirliyi İndoneziya, Yunanıstan, BƏƏ və Küveytə AGM-114 “Hellfire” raketləri tədarük etməsi üçün “Lockheed Martin” şirkəti ilə müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

Müqavilənin ümumi dəyəri 101 milyon dollardır. Müqavilədə nəzərdə tutulan işlərin 30 sentyabr 2024-cü ilə qədər tamamlanması nəzərdə tutulub.

AGM-114 “Hellfire” raketi ABŞ ordusunun istifadə etdiyi ən məşhur “hava-yer” raketlərindən biridir. Raketin çəkisi təxminən 49 kiloqramdır və raketi işarələnmiş hədəfə yönəldən yarımaktiv lazerlə təchiz edilib. “Lockheed” şirkəti tərəfindən hazırlanıb və hazırda 12 variantı var.

Dəqiq zərbə qabiliyyətinə malik raket “Predator” və “Reaper” PUA-ları da daxil olmaqla bir çox hava, dəniz və yerüstü platformalardan buraxıla bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Hellfire  


Bizi "telegram"da izləyin