Rusiya təlimlərdə “Platform-M” döyüş robotlarını istifadə edib

2021/09/16313-1631516040.jpg
Oxunub: 468     13:15     13 Sentyabr 2021    
Rusiya ordusu Belarusla birgə keçirilən “Zapad-2021” hərbi təlimlərində “Platform-M” döyüş robotlarından istifadə ediblər.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Sınaqlar Kalininqrad vilayətindəki Pravdinski və Xmelyevka hərbi poliqonlarında keçirilib.

Pulemyot və qumbaraatanla təchiz edilən robot sistemləri silahlıların məhv edilməsi ilə məşğul olan simulyasiya edilmiş şəhər mühitində fəaliyyət göstərib. Bundan əlavə, onlar düşmən tərəfindən minalanmış ərazilərdə keçidlər etmək üçün istifadə olunub.

Bu robotlarla birgə tank və artilleriya ekipajlarının hədəflərini izləməyə və aşkar etməyə kömək edən “Orlan” və “Forpost” PUA-ları fəaliyyət göstərib.

Təlimlər Baltikyanı bölgədən başqa, Rusiyanın Avropa hissəsinin bir neçə bölgəsində, həmçinin Belarusun beş təlim poliqonunda keçirilib. Sentyabrın 16-dək davam edəcək təlimdə Rusiya və Belarusdan təxminən 200 min hərbçi iştirak edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Platform-M  


Rusiya təlimlərdə “Platform-M” döyüş robotlarını istifadə edib

2021/09/16313-1631516040.jpg
Oxunub: 469     13:15     13 Sentyabr 2021    
Rusiya ordusu Belarusla birgə keçirilən “Zapad-2021” hərbi təlimlərində “Platform-M” döyüş robotlarından istifadə ediblər.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Sınaqlar Kalininqrad vilayətindəki Pravdinski və Xmelyevka hərbi poliqonlarında keçirilib.

Pulemyot və qumbaraatanla təchiz edilən robot sistemləri silahlıların məhv edilməsi ilə məşğul olan simulyasiya edilmiş şəhər mühitində fəaliyyət göstərib. Bundan əlavə, onlar düşmən tərəfindən minalanmış ərazilərdə keçidlər etmək üçün istifadə olunub.

Bu robotlarla birgə tank və artilleriya ekipajlarının hədəflərini izləməyə və aşkar etməyə kömək edən “Orlan” və “Forpost” PUA-ları fəaliyyət göstərib.

Təlimlər Baltikyanı bölgədən başqa, Rusiyanın Avropa hissəsinin bir neçə bölgəsində, həmçinin Belarusun beş təlim poliqonunda keçirilib. Sentyabrın 16-dək davam edəcək təlimdə Rusiya və Belarusdan təxminən 200 min hərbçi iştirak edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Platform-M  


Bizi "telegram"da izləyin