Belarus Rusiyadan 1 milyard dollarlıq silah almaq istəyir

2021/09/1fa4c-1631515928.jpg
Oxunub: 502     12:10     13 Sentyabr 2021    
Belarus Rusiyadan 1 milyard dollar dəyərində müxtəlif təyinatlı silah və texnika almağı planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya ilə birlikdə keçirilən “Zapad-2021” hərbi təlimlərini nəzərdən keçirən zaman Belarus prezidenti Aleksandr Lukaşenko məlumat verib.

Lukaşenko Belarusun 1 milyard dollardan çox rus silahı almağı planlaşdırdığını və S-400 Zenit-Raket Komplekslərinin (ZRK) tədarükü ilə bağlı danışıqlar apardığını bildirib.

Hərbi təlimləri şərh edən Belarus lideri bildirib ki, bu, Qərbin Belarus və Rusiyaya qarşı davam edən hibrid təhdidi fonunda baş verən silahlı qüvvələr üçün ən əhəmiyyətli təlimlərdən biridir.

“Belta” agentliyi tərəfindən yayımlanan görüntülərdə Lukaşenkonun hərbi geyimdə Obuz-Lesnovski poliqonunda keçirilən təlimləri izlədiyi görünür.

“Zapad-2021” bu həftənin cümə axşamına qədər Rusiya və Belarusun qərb cinahlarında davam edəcək. Təlimlərin keçirildiyi bəzi ərazilər NATO və Avropa İttifaqının sərhədlərinə yaxındır.

Ukrayna və NATO üzvləri olan Polşa və Litva kimi ölkələr 200.000 hərbi qulluqçunun iştirak etdiyi bu cür böyük təlimlərin təxribat xarakterli olduğunu söyləyirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Belarus   Rusiya  

Belarus Rusiyadan 1 milyard dollarlıq silah almaq istəyir

2021/09/1fa4c-1631515928.jpg
Oxunub: 503     12:10     13 Sentyabr 2021    

Bizi "telegram"da izləyin