İsrail İranın İsfahan yaxınlığında silahlılara PUA təlimi verdiyini bildirib

2021/09/israe-1631515847.jpg
Oxunub: 566     16:31     13 Sentyabr 2021    
İsrail İranın İsfahan şəhəri yaxınlığındakı aviabazada xarici silahlılara PUA təlimi verdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə naziri Benni Qantz məlumat verib.

Qantz Yəmən, İraq, Suriya və Livandan olan silahlıların İran istehsalı PUA-ları istifadə etmək üçün İsfahanın şimalındakı Kaşan aviabazasından istifadə etdiyini bildirib.

Nazir İranın Qəzzaya PUA istehsalına imkan verən texnologiya ötürməyə çalışdığını bildirib. İsrail Müdafiə Nazirliyi. Kaşandakı uçuş-enmə zolaqlarında PUA-ları göstərən peyk görüntülərinin olduğunu bildirib.

Xatırladaq ki, bu ilin iyul ayının 30-da Ərəbistan dənizinin Oman sahillərində İsrailə məxsus “Mercer Street” adlı tanker gəmisinə kamikadze tipli PUA ilə zərbə endirilib. Hücum zamanı tankerdə Rumıniya və Britaniya vətəndaşları olan dənizçilər həlak olub. Qərb dövlətləri və İsrail hücuma görə İranın məsuliyyət daşıdığını bildirib. İran iddiaları rədd edir. İsrail Tehranı Yaxın Şərqdə olan qeyri-dövlət aktorlarına silah ötürməkdə ittiham edir.

Sevinc Əliyeva


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran   İsfahan   PUA  


İsrail İranın İsfahan yaxınlığında silahlılara PUA təlimi verdiyini bildirib

2021/09/israe-1631515847.jpg
Oxunub: 567     16:31     13 Sentyabr 2021    
İsrail İranın İsfahan şəhəri yaxınlığındakı aviabazada xarici silahlılara PUA təlimi verdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə naziri Benni Qantz məlumat verib.

Qantz Yəmən, İraq, Suriya və Livandan olan silahlıların İran istehsalı PUA-ları istifadə etmək üçün İsfahanın şimalındakı Kaşan aviabazasından istifadə etdiyini bildirib.

Nazir İranın Qəzzaya PUA istehsalına imkan verən texnologiya ötürməyə çalışdığını bildirib. İsrail Müdafiə Nazirliyi. Kaşandakı uçuş-enmə zolaqlarında PUA-ları göstərən peyk görüntülərinin olduğunu bildirib.

Xatırladaq ki, bu ilin iyul ayının 30-da Ərəbistan dənizinin Oman sahillərində İsrailə məxsus “Mercer Street” adlı tanker gəmisinə kamikadze tipli PUA ilə zərbə endirilib. Hücum zamanı tankerdə Rumıniya və Britaniya vətəndaşları olan dənizçilər həlak olub. Qərb dövlətləri və İsrail hücuma görə İranın məsuliyyət daşıdığını bildirib. İran iddiaları rədd edir. İsrail Tehranı Yaxın Şərqdə olan qeyri-dövlət aktorlarına silah ötürməkdə ittiham edir.

Sevinc Əliyeva


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran   İsfahan   PUA  


Bizi "telegram"da izləyin