Ukrayna daha 24 ədəd “Bayraktar TB2” PUA-ları satın almağı planlaşdırır

2021/09/Ukray-1631515684.jpg
Oxunub: 866     12:41     13 Sentyabr 2021    
Ukrayna Türkiyədən daha çox “Bayraktar TB2” zərbə tipli Pilotsuz Uçuş Aparatları (PUA) satın almağı planlaşdırır.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş Qərargah rəisi Valeri Zalujnı məlumat verib.

Ötən aylarda vəzifəyə yeni başlayan Zalujnı hazırda Ukrayna Silahlı Qüvvələrinin inventarında 12 ədəd “Bayraktar TB2” olduğunu və önümüzdəki dövrdə daha 24 ədəd satın almağı planlaşdırdıqlarını bildirib.

O, yerli istehsal PUA-ların da ölkənin silahlanmasına qəbul ediləcəyini qeyd edib.

Ukrayna dövlətinin müdafiə ixracat idarəsi olan “Ukrspecexport” 2019-cu ilin yanvar ayında 6 ədəd “Bayraktar TB2”, iki yerüstü idarəetmə stansiyası və 200 ağıllı sursat alınması üçün Türkiyə ilə 69 milyon dollar dəyərində olan müqavilə imzalamışdı. Ötən il imzalanan müqavilə ilə Ukrayna Hərbi Dəniz Qüvvələri üçün daha 6 PUA sifariş verilib.

“Bayraktar TB2” zərbə PUA-ları Türkiyənin “Baykar Savunma” şirkəti tərəfindən istehsal edilib. Türkiyə, Qətər, Ukrayna, Liviya və Azərbaycan tərəfindən fəal şəkildə istifadə olunur. Bu ilin ortalarında Polşa da bu PUA-lardan sifariş verib. “Bayraktar TB2” Liviya, Suriya və Qarabağdakı döyüşlərdə qazandığı uğurlarla dünyada müharibə qabiliyyəti sübut edilən azsaylı PUA-lardan biridir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ukrayna   Bayraktar-TB2PUA  

Ukrayna daha 24 ədəd “Bayraktar TB2” PUA-ları satın almağı planlaşdırır

2021/09/Ukray-1631515684.jpg
Oxunub: 868     12:41     13 Sentyabr 2021    

Bizi "telegram"da izləyin