Yunanıstan Fransadan daha 6 ədəd “Rafale” qırıcısı alır

2021/09/yunan-1631515622.jpg
Oxunub: 486     17:35     13 Sentyabr 2021    
Yunanıstan Fransanın “Dassault” şirkətindən daha 6 ədəd “Rafale” döyüş təyyarəsinin alınmasına qərar verib.

Ordu.az xəbər verir ki, bu barədə Yunanıstan Baş naziri Mitsotakis məlumat verib.

Fransanın Müdafiə naziri Florens Parli də dünən təyyarələrin satılmasını təsdiqləyib. O, özünün “Twitter” hesabında bu barədə yazıb.

Yunanıstan son aylarda Fransadan “Rafale” tipli döyüş təyyarələri almaq qərarına gəlmişdi. Afina 6-sı yeni, 12-si isə ikinci əl olmaqla cəmi ümumi dəyəri 2.32 milyard avroya 18 ədəd “Rafale” döyüş təyyarəsi sifariş vermişdi.

Mitsotakis ilk “Rafale”nin bu ilin sonuna qədər Yunanıstan səmaları üzərində uçacağını bildirib.

Qeyd edək ki, Yunanıstan 2025-ci ilə qədər 40 ədəd “Rafale” döyüş təyyarəsi almaq niyyətidədir. İlk təyyarə 2021-ci ilin iyulunda Yunanıstan Hərbi Hava Qüvvələrinə təhvil verilib. “Rafale” təyyarələrindən başqa, Yunanıstan SCALP qanadlı raketləri, “Exocet” gəmi əleyhinə raketləri, MICA və “Meteor” tipli “hava-hava” raketləri sifariş verib.

“Proto Thema” nəşrinin məlumatına görə, 2021-ci ilin sonuna qədər Yunanıstana cəmi 6 ədəd “Rafale” döyüş təyyarəsi təhvil veriləcək. Yunanıstanın alacağı ilk 6 təyyarənin hamısı ikinci əl olacaq. Təyyarələrdən bəziləri hələ də Fransa Hərbi Hava Qüvvələrində xidmətini davam etdirir.

İkinci əllə alınan 12 təyyarənin modernləşdiriləcəyi və F3R konfiqurasiyasında olacağı gözlənilir. Yeni istehsal olacaq 6 təyyarə də F3R konfiqurasiyasında olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Yunanıstan   Fransa   Rafale  

Yunanıstan Fransadan daha 6 ədəd “Rafale” qırıcısı alır

2021/09/yunan-1631515622.jpg
Oxunub: 488     17:35     13 Sentyabr 2021    

Bizi "telegram"da izləyin