Hindistan Ordusu “Barak 8” HHM sistemini istifadəyə verib

2021/09/MRSAM-1631515547.jpg
Oxunub: 644     15:43     13 Sentyabr 2021    
Hindistan Hərbi Hava Qüvvələri İsraillə birgə istehsal edilən “Barak 8” Hava Hücumundan Müdafiə (HHM) sistemini istifadəyə verib.

Ordu.az xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb.

HHM sistemi 70 kilometr uçuş məsafəsinə malikdir. Hindistan Hərbi Hava Qüvvələri döyüş təyyarələri, qanadlı raketlər, helikopterlər və Pilotsuz Uçuş Aparatları (PUA) kimi 70 km-ə qədər məsafədə hava təhdidlərini zərərsizləşdirə bilən HHM sistemlərini artıq silahlanmaya qəbul edib.

Sistem İsrail Aerokosmik Sənayesi (IAI) və Hindistan Müdafiə Araşdırma və İnkişaf Təşkilatı (DRDO) tərəfindən birgə hazırlanıb.

HHM sistemi müasir radar, idarəetmə sistemləri və mobil raket buraxılış platformalarına malikdir. İstifadə edilən raketin uzunluğu 4,5 metr, çəkisi 276 kiloqramdır.

Bundan əlavə, “Barak-8”in dəniz versiyası artıq HHM qabiliyyətlərini artırmaq üçün Hindistanın bir neçə hərbi gəmisində yerləşdirilib.

Qeyd edək ki, Hindistan və İsrail son 4 ildə təxminən 3 milyard dollar dəyərində inkişaf etmiş HHM sistemləri üçün ayrı-ayrı müqavilələr imzalayıb. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (Sipri) tərəfindən 2021-ci ilin martında nəşr olunan hesabata görə, İsrail son beş ildə Hindistana ən çox silah tədarük edən üç ölkə arasında yer alıb. Hindistana 2016-2020-ci illərdə ən çox silah tədarük edən ölkələr Rusiya (49%), Fransa (18%) və İsrail (13%) olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Hindistan   Barak-8   HHM  

Hindistan Ordusu “Barak 8” HHM sistemini istifadəyə verib

2021/09/MRSAM-1631515547.jpg
Oxunub: 645     15:43     13 Sentyabr 2021    

Bizi "telegram"da izləyin