Muradovun birmənalı açıqlaması - Qarabağdakı rus sülhməramlıların dəyişməyən üzü

2021/09/32222-1631354817.jpg
Oxunub: 5787     14:07     11 Sentyabr 2021    
“Razılaşmada qeyd olunduğu kimi, rus sülhməramlılar Qarabağda beş il qalacaqlar, bundan sonra yerləşmə müddəti uzadılacaq”.

Rusiyanın TASS agentliyinin məlumatına görə bu barədə sülhməramlıların artıq keçmiş komandiri, keçmiş statusda işini yekunlaşdıran Rüstəm Muradov bildirib.

Məlum olduğu kimi, Muradovu ötən gün Azərbaycan və Ermənistan Müdafiə nazirlərinin görüşdüyü general-mayor Mixail Kosobokov əvəz edib. Məgər sülhməramlı kontingentin komandirinin dəyişdirilməsi kontingentin vəziyyətinin və onun ətrafında, ümumiyyətlə Qarabağın ətrafında mövcud olan vəziyyətin dəyişməsinə gətirib çıxaracaq?

Əlbəttə, bu, sadəcə görüntü xatirinə mümkündür, hər bir halda ərazidə sülhməramlı missiyanın iştirakçısı olan hərbi qulluqçuların davranışından tutmuş mümkün risklərə və ya problemlərə reaksiya verməyin operativliyinə qədər çox şey komandirdən asılıdır. Bu nöteyi-nəzərdən dağıstanlı, etnik baxımdan tabasaranlı Rüstəm Muradovun əvəzinə Kosobokovun təyin edilməsinin sülhməramlı kontingentin işinə hansı dəyişikliyi gətirəcəyini izləmək lazımdır.

Kosobokov Rusiya Federasiyasının Cənub Hərb Dairəsinin 58-ci ümumqoşun ordusunun komandir müavini, bundan əvvəl isə Gürcüstanın Abxaziya bölgəsindəki Rusiya hərbi bazasının komandiri olub. Həlledici və ya olduqca vacib olmasa da, Qarabağdakı rus sülhməramlıların yeni komandirinin ilk görüşünü Ermənistanda etməsi diqqətdən kənar qala bilməz.

Lakin bu hal siyasi proseslərin hər hansı gedişatını əvvəlcədən təyin etmir. Bunlar bu məsələlərlə əlaqədar olaraq böyük və kiçik digər oyunçulara qarşı Rusiyanın qarşısında duran geniş strateji məsələlərlə əvvəlcədən təyin olunur. Bu baxımdan Rüstəm Muradovun missiyasını başa vuraraq Rusiya sülhməramlılarının mandatının beş ildən sonra uzadılacağını bildirməsi, yuxarıda qeyd olunduğu kimi dəyişikliyin sadəcə görüntü xarakteri daşıdığını nümayiş etdirir.

Qeyd edək ki, 10 noyabr bəyanatına görə, rus sülhməramlılar münaqişə tərəflərinin razılığı ilə Qarabağda yerləşdirilir, onların mandatının uzadılması isə müddət tamamlanmazdan altı ay əvvəl tərəflərdən hər hansı birinin buna qarşı çıxmayacağı təqdirdə avtomatik şəkildə ola bilər. Halbuki Azərbaycan hazırkı beş illik mandatı belə hələlik imzalamayıb.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Muradov  

Muradovun birmənalı açıqlaması - Qarabağdakı rus sülhməramlıların dəyişməyən üzü

2021/09/32222-1631354817.jpg
Oxunub: 5788     14:07     11 Sentyabr 2021    

Bizi "telegram"da izləyin