Məhv edilmiş erməni əsgərin anası: “Yəni yanlış informasiya olub, 20 yox, 300 azərbaycanlı mühasirəyə alıb”

2021/09/IMG_0-1631351171.jpg
Oxunub: 1388     10:47     13 Sentyabr 2021    
44 günlük müharibədə məhv edilmiş 18 yaşlı erməni hərbi qulluqçu Karapet Burnazyanın adı əvvəlcə məhv edilənlərin siyahında olub, daha sonra itkin düşmüş hesab edilib, bir müddət sonra da əsir kimi qeydiyyata alınıb.

Ordu.az xəbər verir ki, Karapet Burnazyanın məhv edildiyini təsdiq edən DNT cavabı yanvarın 15-də hazır olub, lakin erməni əsgərin anasına heç kim bu barədə məlumat verməyib.

Karapet Burnazyan anasının yeganə övladı olub. Aylarla davam edən qeyri-müəyyənlikdən sonra Karapetin oktyabrın 14-də döyüş mövqeyində məhv edildiyi məlum olub.

“Oktyabrın 14-də Karapetgili döyüş mövqeyinə, HHM-in yerləşdiyi yüksəkliyin arxasına göndərmişdilər və uşaqlar geri qayıtmamışdılar, mühasirəyə düşmüşdülər. Konkret əmr verilmişdi ki, o tərəfdən iyirmi türk hərbi hissəyə tərəf gəlir. Əmr vermişdilər ki, o tərəfə qalxsınlar, halbuki artıq üç tərəfdən mühasirə olub, uşaqların qaçmağa yeri olmayıb. Yəni yanlış informasiya olub, 20 yox, 300 azərbaycanlı mühasirəyə alıb”, - deyə məhv edilmiş erməni hərbi qulluqçunun anası qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Məhv edilmiş erməni əsgərin anası: “Yəni yanlış informasiya olub, 20 yox, 300 azərbaycanlı mühasirəyə alıb”

2021/09/IMG_0-1631351171.jpg
Oxunub: 1389     10:47     13 Sentyabr 2021    
44 günlük müharibədə məhv edilmiş 18 yaşlı erməni hərbi qulluqçu Karapet Burnazyanın adı əvvəlcə məhv edilənlərin siyahında olub, daha sonra itkin düşmüş hesab edilib, bir müddət sonra da əsir kimi qeydiyyata alınıb.

Ordu.az xəbər verir ki, Karapet Burnazyanın məhv edildiyini təsdiq edən DNT cavabı yanvarın 15-də hazır olub, lakin erməni əsgərin anasına heç kim bu barədə məlumat verməyib.

Karapet Burnazyan anasının yeganə övladı olub. Aylarla davam edən qeyri-müəyyənlikdən sonra Karapetin oktyabrın 14-də döyüş mövqeyində məhv edildiyi məlum olub.

“Oktyabrın 14-də Karapetgili döyüş mövqeyinə, HHM-in yerləşdiyi yüksəkliyin arxasına göndərmişdilər və uşaqlar geri qayıtmamışdılar, mühasirəyə düşmüşdülər. Konkret əmr verilmişdi ki, o tərəfdən iyirmi türk hərbi hissəyə tərəf gəlir. Əmr vermişdilər ki, o tərəfə qalxsınlar, halbuki artıq üç tərəfdən mühasirə olub, uşaqların qaçmağa yeri olmayıb. Yəni yanlış informasiya olub, 20 yox, 300 azərbaycanlı mühasirəyə alıb”, - deyə məhv edilmiş erməni hərbi qulluqçunun anası qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin