Vətən müharibəsinin iştirakçısı: "Ən ağır və çətin döyüşlərimiz Füzuli rayonu uğrunda oldu"

2021/09/871e8-1631344859.jpg
Oxunub: 943     17:11     14 Sentyabr 2021    
27 sentyabr 2020-ci ildə erməni təxribatı nəticəsində başlayan Vətən müharibəsi tariximizdə şərəfli bir səhifə kimi qalacaq. 44 gün davam edən Vətən müharibəsində ordumuzun cəsur zabit və əsgərləri böyük hünər və qəhrəmanlıq göstərərək 28 ildən çox erməni işğalı altında qalmış torpaqlarımızı azad etdilər.

Vətən müharibəsində iştirak edən zabitlərimizdən biri də mayor Ceyhun Məmmədovdur. Onun həyat yolunu vərəqləyərkən öyrəndik ki, təcrübəli zabit Neftçala rayonunda dünyaya göz açıb. 1998-ci ildə Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsini bitirib. Növbəti il - 1999-cu ildə gənc zabit kimi ordu sıralarına çağırılıb. Zabit Ceyhun Məmmədov o gündən Vətən qarşısındakı övladlıq borcunu yerinə yetirir. İkinci Qarabağ müharibəsi başlananda zabit kimi üzərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gəlib. Mayor Ceyhun Məmmədov əks-hücum əməliyyatlarında göstərdiyi igidliyə və şücaətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medallarına layiq görülüb.

Vətən müharibəsinin iştirakçısı olmağından qürur duyan zabit Ceyhun Məmmədov o gərgin günlərdən qısa da olsa söz açdı. "Hərbi hissəmizin zabit və əsgərləri İkinci Qarabağ müharibəsində böyük cəsarət və hünərlə vuruşdular. Ermənilərin "məğlubedilməz"lik mifi darmadağın edildi. Hərbi hissəmizin şəxsi heyətinin təkcə döyüş hazırlığı deyil, mənəvi-psixoloji hazırlığı da yüksək səviyyədə idi. Bu coşqunun, bu hazırlığın qarşısında düşmən dayana bilməzdi. Dayana bilmədi də! Erməni təxribatı nəticəsində başlayan Vətən müharibəsinin ilk günlərindən zabit və əsgərlərimiz əks-hücum əməliyyatlarına atıldılar. Peşəkarlığı, bacarığı yüksək olan hərbçilərimiz dəqiq atəş zərbələri ilə ermənilərin mövqelərini darmadağın etdilər. İşğalçılar bu zərbələr qarşısında dayana bilməyərək geri çəkildilər. Vətən müharibəsinin ilk günü Cəbrayıl rayonunun bir neçə kəndi işğalçılardan azad olundu. Yaşayış məntəqələrimizin düşməndən təmizlənməsində hərbi hissəmizin şəxsi heyəti böyük hünər və qəhrəmanlıq göstərdi. Yağıları məğlub edib zəfər qazandıqca zabit və əsgərlərimizin döyüş ruhu daha da yüksəlir, qələbə əzmi coşurdu. Ən ağır və çətin döyüşlərimiz Füzuli rayonu uğrunda oldu. Ermənilər 30 il ərzində burada “keçilməz sədlər” qurmuş, mövqelərini möhkəmlətmişdilər. Ona görə də maneələrin arxasında gizlənərək ciddi müqavimət göstərməyə çalışırdılar. Amma cəsur Azərbaycan əsgəri, Azərbaycan zabiti böyük qəhrəmanlıq göstərərək düşmənin keçilməz sandığı mövqelərini darmadağın etdi. Sonra zabit və əsgərlərimiz Xocavənd uğrunda döyüşdülər. Döyüş və mənəvi-psixoloji hazırlığı yüksək olan döyüşçülərimiz bu istiqamətdə də düşmənə sarsıdıcı zərbələr vurdular..."

Zabit Ceyhun Məmmədov söhbətinin sonunda onu da dedi ki, döyüşlərdən qələbə ilə geri dönən hərbçilərimiz bu gün təlim keçir, döyüş hazırlıqlarını artırırlar. İnanırıq ki, daim artan döyüş hazırlığı şəxsi heyətə həmişə yeni-yeni uğurlar qazandıracaq.

Vahid Məhərrəmov, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan-Ordusu  

Vətən müharibəsinin iştirakçısı: "Ən ağır və çətin döyüşlərimiz Füzuli rayonu uğrunda oldu"

2021/09/871e8-1631344859.jpg
Oxunub: 944     17:11     14 Sentyabr 2021    

Bizi "telegram"da izləyin