İsrail İrana qarşı “sürətli əməliyyat” çağırışı edib

2021/09/10889-1631342562.jpg
Oxunub: 1175     12:07     11 Sentyabr 2021    
İsrail İranın nüvə silahı əldə etmə ehtimalı ilə əlaqədar narahat olduğunu bildirib və 2015-ci ildə imzalanan müqavilənin bərpa edilməsinə etiraz edir.

Ordu.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Naftali Bennett danışıb.

O, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Tehranın 2015-ci il müqaviləsinin müddəalarını pozduğunu bildirən son nəticəsinə əsaslanaraq beynəlxalq ictimaiyyəti İrana qarşı “uyğun və sürətli beynəlxalq reaksiya” verməyə çağırıb.

“İranın dünyaya yalan danışmağa davam etdiyini və beynəlxalq öhdəliklərini yerinə yetirməyərək nüvə silahı inkişaf etdirdiyini sübut edən hesabatda əks olunan vəziyyət çox ciddidir”, - deyə Benett bildirib.

Baş nazir İranla danışıqları “sadəlövh” yanaşma adlandırıb.

BAEA bu həftənin əvvəlində İran rəsmilərini ölkənin nüvə obyektlərində quraşdırılmış videokameralara daxil olmasına icazə vermədiklərinə görə tənqid etmişdi. Agentlik Tehranın son vaxtlar yüksək zənginləşdirilmiş uran ehtiyatlarını dörd dəfə artırdığını və 10 kiloqram 60 faiz zənginləşdirilmiş materiala sahib olduğunu bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran  


Bizi "telegram"da izləyin