Ordu.az xəbər verir ki, bu barədə “Defense news” nəşri yazıb.
Tokio artıq F-35 döyüş təyyarələri üçün ikinci eskadriliya qurduğunu bildirib. “Yarasa” ləqəbli eskadriliya Xirosima şəhəri yaxınlığındakı Honşu adasının cənub hissəsində yerləşir. Eskadriliyada 16 ədəd F-35B təyyarəsi olacaq.
Bu, Yaponiyanın F-35-lər üçün yaratdığı ikinci eskadriliyadır.
Yaponiya şaquli enmə və qalxma qabiliyyətinə malik 42 ədəd F-35B almağı planlaşdırır. Ümumilikdə Tokionun 157 ədəd F-35 almaq niyyətində olduğu bildirilir. Təyyarələrin 2025-ci ildən Yaponiyaya tədarük ediləcəyi qeyd olunur.
Yaponiya donanmasında olan “Izumo” adlı hərbi gəmilərini F-35-ləri yerləşdirmək üçün aviadaşıyıcıya çevirmək niyyətindədir. Gəmilərin transformasiyasının başladığı bildirilib.
Sevinc Əliyeva
Ordu.az