Norveç 4000 ədəd yüngül pulemyot alır

2021/09/FN_MI-1631341141.jpg
Oxunub: 499     14:00     14 Sentyabr 2021    
Norveç Müdafiə Nazirliyi Belçikanın odlu silah istehsalçısı olan “FN Herstal” şirkəti ilə 4.000 ədəd “FN Minimi Mk3” (3 -cü nəsil) yüngül pulemyotların istehsalı və çatdırılması üçün müqavilə bağlayıb.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat yayılıb.

Yüngül pulemyotların istehsalına əlavə olaraq, Norveç “FN Herstal”ı önümüzdəki 20 il ərzində texniki xidmət və dəstək avadanlıqları üçün də istifadə edir.

İlk dəfə 1970-ci illərin sonlarında təqdim olunan “FN Minimi” 5.56 mm və 7.62 mm kalibrli Belçika istehsalı yüngül pulemyotdur. “FN Minimi Mk3” standart pulemyotların təkmilləşdirilmiş variantıdır.

Hazırda silah 75-ə yaxın ölkənin təhlükəsizlik və hərbi qüvvələri tərəfindən istifadə olunur. Avstraliya, Kanada, İtaliya, Yaponiya, İndoneziya, Yunanıstan, İsveçrə və İsveçdə də lisenziya əsasında istehsal olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Norveç   FN-Minimi-Mk3  


Norveç 4000 ədəd yüngül pulemyot alır

2021/09/FN_MI-1631341141.jpg
Oxunub: 500     14:00     14 Sentyabr 2021    
Norveç Müdafiə Nazirliyi Belçikanın odlu silah istehsalçısı olan “FN Herstal” şirkəti ilə 4.000 ədəd “FN Minimi Mk3” (3 -cü nəsil) yüngül pulemyotların istehsalı və çatdırılması üçün müqavilə bağlayıb.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat yayılıb.

Yüngül pulemyotların istehsalına əlavə olaraq, Norveç “FN Herstal”ı önümüzdəki 20 il ərzində texniki xidmət və dəstək avadanlıqları üçün də istifadə edir.

İlk dəfə 1970-ci illərin sonlarında təqdim olunan “FN Minimi” 5.56 mm və 7.62 mm kalibrli Belçika istehsalı yüngül pulemyotdur. “FN Minimi Mk3” standart pulemyotların təkmilləşdirilmiş variantıdır.

Hazırda silah 75-ə yaxın ölkənin təhlükəsizlik və hərbi qüvvələri tərəfindən istifadə olunur. Avstraliya, Kanada, İtaliya, Yaponiya, İndoneziya, Yunanıstan, İsveçrə və İsveçdə də lisenziya əsasında istehsal olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Norveç   FN-Minimi-Mk3  


Bizi "telegram"da izləyin