İndoneziya beş ədəd C-130J təyyarəsi alır

2021/09/BNJOZ-1631258688.jpg
Oxunub: 662     19:23     14 Sentyabr 2021    
İndoneziya “Lockheed Martin” şirkətindən 5 ədəd C-130J “Super Hercules” hərbi nəqliyyat təyyarəsi alacaq.

Ordu.az xəbər verir ki, bu barədə “Defense News” nəşri yazıb.

Təyyarələrin alınması üçün müqavilələr artıq imzalanıb. İndoneziya Hərbi Hava Qüvvələri komandanının təyyarənin istehsal mərkəzinə səfəri zamanı çəkilən fotolar ilk təyyarənin istehsalının davam etdiyini göstərir.

Nəşr yazır ki, müqavilə 2019-cu ilin sonunda imzalanıb, heç bir tərəf sifarişi rəsmən açıqlamayıb.

“Lockheed” şirkəti İndoneziyanı C-130J operatorları siyahısına daxil edib, ölkənin 2021-ci ilin sentyabr ayında C-130J-30 versiyasını sifariş verdiyi bildirilir.

Sevinc Əliyeva
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İndoneziya   Lockheed-Martin  


İndoneziya beş ədəd C-130J təyyarəsi alır

2021/09/BNJOZ-1631258688.jpg
Oxunub: 663     19:23     14 Sentyabr 2021    
İndoneziya “Lockheed Martin” şirkətindən 5 ədəd C-130J “Super Hercules” hərbi nəqliyyat təyyarəsi alacaq.

Ordu.az xəbər verir ki, bu barədə “Defense News” nəşri yazıb.

Təyyarələrin alınması üçün müqavilələr artıq imzalanıb. İndoneziya Hərbi Hava Qüvvələri komandanının təyyarənin istehsal mərkəzinə səfəri zamanı çəkilən fotolar ilk təyyarənin istehsalının davam etdiyini göstərir.

Nəşr yazır ki, müqavilə 2019-cu ilin sonunda imzalanıb, heç bir tərəf sifarişi rəsmən açıqlamayıb.

“Lockheed” şirkəti İndoneziyanı C-130J operatorları siyahısına daxil edib, ölkənin 2021-ci ilin sentyabr ayında C-130J-30 versiyasını sifariş verdiyi bildirilir.

Sevinc Əliyeva
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İndoneziya   Lockheed-Martin  


Bizi "telegram"da izləyin