Çexiya Slovakiyada hərbi maşınlar istehsal edən şirkət yaradır

2021/09/WLMHT-1631171914.jpg
Oxunub: 560     16:53     13 Sentyabr 2021    
Slovakiya Müdafiə naziri Yaroslav Na sentyabrın 8-də jurnalistlərə açıqlamasında bildirib ki, hökumət nazirliyin hərbi maşınlar əldə etmə planlarını təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə “Defence News” nəşri yazıb.

Plana əsasən, alınacaq səkkiz təkərli hərbi maşınların ən azı 50 faizi yerli müəssisələrdən alınacaq. Nəticədə, müqavilə üçün xarici iddiaçılar Slovakiya şirkətləri ilə əməkdaşlıq etməlidir.

Slovakiya tenderini nəzərə alaraq, Çexiyanın müdafiə şirkətləri qonşu ölkədə varlıqlarını artırmağa başlayır.

“Tatra Trucks” şirkəti məlumat yayıb ki, bu il Slovakiyada hərbi maşınlar üçün şassi quraşdıracaq “Tatra Defense Slovakia” adlı yeni bir şirkət yaradılacaq. Slovakiyadakı filial altı və səkkiz təkərli avtomobillər də daxil olmaqla müxtəlif maşınlar üçün şassi istehsal edəcək.

Bundan əvvəl “Tatra Defence Vehicle” şirkəti “General Dynamics European Land Combat Systems” şirkəti ilə əməkdaşlığı çərçivəsində Çexiya ordusu üçün “Pandur II” səkkiz təkərli avtomobili istehsal edib. Bundan başqa “Tatra” Fransanın “Nexter Systems” ilə birlikdə 2022-2023-cü illərdə Çexiya quru qüvvələrinə təhvil veriləcək “Titus” altı təkərli zirehli maşınlar üçün şassi istehsal edəcək.

76 ədəd səkkiz təkərli avtomobilin alınması üçün 394 milyon ABŞ dolları ayrılacaq. Slovakiya nazirliyinin məlumatlarına görə, Bratislava ümumilikdə 500-ə qədər belə avtomobil ala bilər. Eyni zamanda, Slovakiya quru qüvvələri üçün 152 ədəd yeni tırtıllı zirehli maşınlar satın almağı planlaşdırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Çexiya   Slovakiya  

Çexiya Slovakiyada hərbi maşınlar istehsal edən şirkət yaradır

2021/09/WLMHT-1631171914.jpg
Oxunub: 561     16:53     13 Sentyabr 2021    

Bizi "telegram"da izləyin